2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslərin Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 28/158

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası Ali Şurası Rəyasət Heyətinin 2013-cü il 14 sentyabr 1/1 saylı qərarı ilə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

 

-     Həsrət Qurbanəli oğlu Rüstəmov

-     Mehrac Hüsü oğlu Mirzəyev

-     Balahüseyn Əlihüseyn oğlu Hüseynov

-     Elçin Misir oğlu Əliyev

-     Tələt Yusif oğlu Qəribov

-     Ceyhun Nizami oğlu Əhmədov

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

 

16.09.2013

Azərbaycan.-2013.-17. sentyabr.-S.9.