Azərbaycan qloballaşan dünyada dinamiksabit

 inkişaf edən dövlətlər sırasındadır

 

Hazırda Azərbaycan müstəqilliyini və dövlətçiliyini möhkəmləndirərək sosial-siyasiiqtisadi dəyişiklikləri həyata keçirən, milli maraqları əsas götürərək dünyada sivil, demokratik cəmiyyət quran bir dövlət kimi tanınır. Bu gün əminliklə demək olar ki, Azərbaycan qloballaşan dünyada dinamiksabit inkişaf edən dövlətlər sırasındadır. Bu mənada xarici dillərin öyrənilməsinə xüsusi önəm verilir. Çünki dil mədəniyyətin formalaşması, inkişafı və qorunub saxlanılması vasitəsidir. Mədəniyyət insanları dünyanı düşünməyin, görməyin, eşitməyin və qavramağın yolları ilə təmin edir. Beləliklə, mədəniyyətlərarası əlaqənin tədqiqatı sürətlə qlobal araşdırma mövzusu olur. Bunun nəticəsində mədəniyyətlərarası araşdırmada mədəni müxtəliflik artıq sezilməkdədir.

İndiki dövrdə mədəniyyətlərarası əlaqə bəşəriyyətin həyatının ayrılmaz hissəsidir. Hər bir mədəni dialoq qloballaşma kontekstində və cari beynəlxalq siyasi mühitdə yeni məna almaqdadır. Beləliklə, o, dünyada sülhünbirliyin qorunub saxlanılmasının mühüm vasitəsi olmaqdadır.

Bu gün müasir dünyada və Azərbaycanda ingilis dilinin sürətlə böyüyən nüfuzu müşahidə olunur və bu ən azı iki səbəblə izah edilə bilər. Birincisi - universal əlaqə vasitəsi, bütün bəşəriyyət üçün ortaq dil zərurəti; ikincisi - bu ehtiyacda digər beynəlxalq dillərlə müqayisədə ingilis dilinin üstünlükləri. Bu mənada Azərbaycan Dillər Universitetinin ingilis dilinin tarixi və leksikologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nigar Çingiz qızı Vəliyevanın Serbiyanın paytaxtı Belqradda nüfuzlu nəşriyyatlardan birində nəfis şəkildə dərc olunan  "Some  Aspects and Peculiarities of Intercultural Communication in the Process of Globalization" (Qlobalaşma prosesində mədəniyyətlərarası ünsiyyətin özünəməxsus aspekt və xüsusiyyətləri) adlı monoqrafiyası əhəmiyyətli bir hadisədirE Kitab dünyanın qloballaşma prosesində mədəniyyətlərarası dialoqun müxtəlif aspektləri və özünəməxsus xüsusiyyətlərinin təhlilinə həsr olunur. 12 çap vərəqi həcmində olan monoqrafiya Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunaraq Avropanın bir sıra nüfuzlu kitabxanasına təqdim edilib. Kitabda müəllif hesab edir ki, Azərbaycan Respublikasının Avropaya və əksinə, Avropanın Azərbaycana inteqrasiyasına ciddi fikir verilməlidir və inkişaf, qarşılıqlı anlaşma üçün yeni mədəni siyasi nəzəriyyə axtarıb tapılmalıdır. Respublikamız müstəqillik əldə etdikdən sonra mədəniyyətlərarası əlaqələr daha da inkişaf etmişdir. Qloballaşma şəraitində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi beynəlxalq siyasətdə prioritet vəzifələrdən hesab olunur. Müasir dövrün beynəlxalq münasibətlər sistemində mədəniyyət faktoru dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, dövlətlərin beynəlxalq imicinin möhkəmlənməsi və dünya dövlətləri sırasında layiqli yer tutması üçün xüsusi rola malikdir. Şübhəsiz ki, müxtəlif mədəniyyətlərin, xüsusən də Qərb mədəniyyətinin digər ölkələrə yayılmasının əsasında duran Qərbə meyilli kütləvi informasiya vasitələrinin də böyük rolu var. Müəllif haqlı olaraq qeyd edir ki, mədəniyyətlərarası əlaqələrin inkişafı üçün dövlətlərarası münasibətlərdə mədəniyyət diplomatiyasından geniş istifadə olunur. Beynəlxalq miqyasda Azərbaycan mədəniyyətinin təbliği, dünya ictimaiyyətinin məlumatlandırılması, cəmiyyətdə intellektual mədəniyyətin inkişaf etdirilməsi, ölkə xaricində qarşılaşdığımız iddialara qarşı intellektual-mədəni mübarizənin lazımi səviyyədə həyata keçirilməsi, elm adamlarının bu proseslərə fəal cəlb olunması Azərbaycan Respublikasının mədəniyyət diplomatiyasının aktual istiqamətləridir. Şərq və Qərb mədəniyyətinin sintezi kimi ölkəmiz həm Avropa Şurasına, həm də İSESCO təşkilatına üzvdür. Azərbaycan xalqının mədəniyyət sahəsindəki fəallığı və islam mədəniyyətinə verdiyi töhfələr nəzərə alınaraq, Bakı şəhəri 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı seçilmişdir.

Oxucuların diqqətinə təqdim olunan bu kitab ana və xarici, yəni Azərbaycan və ingilis dillərinin müqayisəli tədqiqatı ilə maraqlananlar üçündür.

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.-17. sentyabr.-S.12.