Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanı ilə təsdiq edilmiş «Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə"ni "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 222; 2008, ¹ 8, maddələr 720, 722, ¹ 11, maddə 980; 2009, ¹ 1, maddə 11, ¹ 11, maddə 882; 2010, ¹ 10, maddə 858) ilə təsdiq edilmiş "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə"nin 8.6-cı bəndi ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 18 sentyabr.- S.1.