Gənclər və idman
naziri Gəncədə vətəndaşları
qəbul etmişdir
Sentyabrın 17-də gənclər və idman naziri Azad Rəhimov Gəncədə bu şəhərdən, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarından olan vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin əsas korpusunda keçirilən qəbulda vətəndaşlar əsasən güzəştli ipoteka krediti, idman sahəsində fəxri adların verilməsi, rayonlarda gənclər mərkəzlərinin inşası, stadionların təmiri, idman bölmələrinin açılması, yeni zalların və meydançaların tikilməsi, mövcud zalların təmiri, idman avadanlığı ilə təminat, gənclərlə iş sahəsində qeyri-hökumət təşkilatlarının yaradılmasına dəstək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit verilməsi, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət etmişlər.
Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid müraciətlərindən bəziləri yerindəcə öz həllini tapmışdır.
Nazir
Azad Rəhimov digər məsələlərin
araşdırılaraq müsbət həlli üçün
müvafiq tapşırıqlar vermişdir.
Azərbaycan.-2013.- 18 sentyabr.- S.3.