«Nargis» jurnalının dördüncü sayının təqdimatı keçirilmişdir

 

Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema"da "Nargis" jurnalının dördüncü nömrəsinin təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, bununla  əlaqədar olaraq "Berqdorf Qudman: Bir əsrdən çox dəb olimpinin zirvəsində" filmi qapalı nümayiş etdirilmişdir. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və tanınmış ziyalılar iştirak etmişlər.

Yüksək səviyyədə təşkil olunmuş təqdimatda qonaqları məşhur müğənni Diana Hacıyeva sevindirmişdir.

Həmçinin tədbirdə "Vorosha" brendinin kolleksiyaları nümayiş olunmuşJan Atelierin "Cənnət" adlı eksklüziv kolleksiyası təqdim edilmişdir. Kolleksiyanın əsas printlərinin süjeti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Fly to Baku" sərgisində və "YARAT!" Müasir İncəsənət Məkanının ekspozisiyalarında nümayiş etdirilmiş rəsmləri əsasında yaradılmışdır. Kolleksiyanın əsas printi Azərbaycanın milli simvollarından sayılan nar olmuşdur. Nümayiş üçün zinət əşyaları "Daprima Jewellery" tərəfindən təqdim edilmişdir.

Təqdimat gecəsinin platinum sponsoru luxury t-shirt istehsalçısı "Vorosha" brendidir. Qızıl sponsorları isə "Qarant Sığorta", "Paşa Bank" "Daprima Jewellery"dir. Tədbir, həmçinin "Jan" atelyesi, "28 Mall" "Armani Water"in sponsorluğu ilə keçirilmişdir.   

"Nargis" jurnalı Azərbaycanda ölkədən kənarda moda, mədəniyyət incəsənətə tamamilə yeni baxışlı nəşrdir.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar 3D Xpand texnologiyalı eynəkləri təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir kinoteatrın ərazisində "Blackberry" restoranı "Cappuccino coffee house" yerləşir.

 

Azərbaycan.-2013.- 18 sentyabr.- S.3.