Abşeronlular təhsilə xüsusi diqqət yetirir
Abşeron rayonunda
34 tam və 2 orta məktəb
fəaliyyət göstərir. Rayon
üzrə şagird artımına nəzər
salsaq görərik ki,
respublikanın digər regionları ilə müqayisədə
burada göstəricilər yüksəkdir.
Abşeronda yeni salınmış
yaşayış massivləri, əhalinin demoqrafiyası nəticəsində
şagirdlərin sayı 76 sinif komplektində
1.656 nəfərə çatmışdır. Ötən il bəzi məktəblərdə dərslərin
bir neçə növbədə
keçirilməsi məcburiyyəti yaranmışdı. Bu il təhsil şöbəsi
yaranan şagird
sıxlığını normal hala gətirmək məqsədilə əməli
tədbirlər görməkdədir.
Abşeronda məktəb tikintisi istiqamətində xeyli
iş görülüb.
Məhəmmədli kənd tam orta məktəbinin binası yararsız halda idi. Həmin
binanın yerində 960 şagird yerlik yeni məktəb inşa edilmişdir. Xırdalan şəhər 1 və
7 saylı məktəblərdə əlavə tədris
korpusları da tikilib.
Son bir neçə
ildə Abşeronda 15 məktəb
binası, bəzi kənd məktəblərində
əlavə sinif otaqları inşa olunaraq
uşaqların istifadəsinə verilmişdir.
Rayonun bütün təhsil
ocaqlarında əsaslı təmir işləri görülmüş, avadanlıqlar
alınmışdır. Məktəblərin istilik
sistemləri yenilənmişdir.
Müasir dövr
informasiya texnologiyalarına söykəndiyi
üçün artıq rayon
məktəblərində kompyuter şəbəkəsi
mövcuddur. Yeni tikilən
məktəblərin hamısı, demək olar
ki, internetə
qoşulub. Bəzi kənd məktəblərində
hazırda bu istiqamətdə işlər
görülməkdədir. Yeni dərs
ilində rayonun məktəbləri
internetdən tam istifadə edə biləcəklər.
Rayonda məktəb
kitabxanalarında da vəziyyət ürəkaçandır.
Kitabxanalar təmir edilərək dərs ləvazimatları, elmi və bədii ədəbiyyatlarla zənginləşdirilmişdir.
Növbəti dərs ilində rayonun məktəb
kitabxanalarına 98 adda 93.335 ədəd dərsliyin
alınması planlaşdırılır. Bugünədək
43.189 ədəd dərslik artıq məktəblərə
paylanmışdır.
Bu gün
rayonun təhsil ocaqlarında idmana xüsusi diqqət yetirilir. Respublikada
keçirilən bütün
yarışlarda abşeronlular yüksək
nəticələr göstərmiş, onlarca
turnirin qalibi olmuşlar.
Məktəblərdə
dərslərin normal qaydada
keçirilməsi üçün fənn
kabinetləri yenidən qurulub, laboratoriyalar müasir tədris
cihazları ilə təmin edilib. Əyani
dərs vəsaitləri hazırda təzə tikilən məktəblərdə
tam təmin edilsə də, bəzi təhsil müəssisələrində
bu
istiqamətdə işlər hələ də davam edir.
Abşeron rayonunun məktəblərində 3.000-dən
artıq müəllim çalışır. 3 məktəb
"İlin məktəbi", 7 müəllim
"İlin müəllimi", 18 nəfər
"Əməkdar müəllim" adına, 9 nəfər
isə "Tərəqqi" medalına layiq
görülmüşdür. Ötən
dərs
ilində "İlin ən yaxşı
müəllimi" müsabiqəsində rayonun
pedaqoji heyətinin üzvü,
Xırdalan şəhər 1 saylı tam orta məktəbin müəllimi Ülviyyə
Musayeva qalib olmuşdur.
2012-2013-cü
dərs ilində ümumtəhsil müəssisələrini
1.485 nəfər şagird bitirmişdir.
Onlardan 1.461 nəfər tam
orta təhsil haqqında attestat
almış, 24 şagird isə dərslərdə
mütəmadi iştirak etmədiyi üçün imtahanlara
buraxılmamışdır. Ali məktəblərə
bu il rayonun
1.102 məzunu sənəd vermiş, onlardan 672 nəfər tələbə
adını qazanmışdır. Rayonun Ceyranbatan qəsəbə 2, Xırdalan şəhər 1, 2, 3,
5, 9, Masazır 2 və Fatmayı kənd tam
orta məktəbləri ali
təhsil ocaqlarına qəbul səviyyəsinə görə
xüsusilə fərqlənmişdir. Bu il
500-dən artıq bal toplayanlar
58 nəfər olmuşdur. Əvvəlki
illərdən fərqli olaraq,
2012/2013-cü tədris ilində 600-dən çox
bal toplayan məzunların
sayı da artmışdır. 16 nəfər
gənc yüksək balla
arzuladıqları ali məktəblərə
qəbul olunmuşdur.
Rəşad Nəzərəliyev (677), Aygün
Hüseynova (668), Gülnur
Atakişiyeva (657), Güləndam Cəbiyeva
(650) və digərləri təkcə öz
ailələrinə deyil, bütün
abşeronlulara sevinc bəxş
etmişlər.
Xaricdə təhsil
alan gənclərlə bağlı rayon təhsil şöbəsində xüsusi proqram
hazırlanıb. Həmin gənclərlə mütəmadi
görüşlər keçirilir.
Rayon təhsil şöbəsində
əldə edilən nailiyyətlərlə yanaşı, ortaya çıxan problemlər də
araşdırılır və onların həlli istiqamətində
ciddi işlər aparılır.
Təhsil gələcəyimizdir.
Abşeronda bu sahəyə
xüsusi diqqət verilir.
Məhz bu diqqət və qayğı nəticəsində
əldə edilən uğurların da
sayı artır.
Akif
ƏLİYEV
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 8.