«Seçki günü üçün yaddaş» kitabçası çap olunmuşdur

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş" kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin etmişdir.

MSK katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, yaddaş kitabçasının girişində komissiyanın sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer almışdır. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.

Kitabçada həmçinin məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunmuşdur. Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.

"Seçki günü üçün yaddaş" kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 8.