«Müşahidəçilər
üçün yaddaş»
kitabçası işıq üzü görmüşdür
Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn
prezident seçkiləri ilə əlaqədar
hazırladığı "Müşahidəçilər üçün yaddaş"
kitabçası işıq üzü görmüşdür.
MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən
AzərTAc-a bildirilmişdir ki, yaddaş
kitabçasında müşahidə aparılmasının
prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri öz əksini tapmışdır. Kitabçada müşahidəçilərin
riayət etməli olduqları, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə
də ətraflı məlumatlar verilmişdir.
MSK-nın
maarifləndirmə proqramına uyğun olaraq nəşr edilmiş
"Müşahidəçilər üçün
yaddaş" kitabçası Seçki Məcəlləsinin və
komissiyanın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında
hazırlanmışdır.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 9.