«Polis əməkdaşları üçün yaddaş kitabçası» çapdan çıxmışdır

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir.

MSK katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, komissiya "Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair yaddaş kitabçası"nı hazırlayaraq çap etdirmişdir.

Mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış kitabça 2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuşdur.  Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis haqqında" qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 9.