Bakıda «Şərq
nağılı» birinci Beynəlxalq
yaradıcılıq festivalı başa
çatmışdır
Bakıda əlilliyi
olan gənclərin "Şərq
nağılı" birinci Beynəlxalq
yaradıcılıq festivalı başa
çatmışdır.
AzərTAc xəbər
verir ki, sentyabrın
13-də Heydər Əliyev Sarayında festivalın yekun tədbiri olan qala-konsert keçirilmişdir.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş festival Gənclər
və İdman Nazirliyinin
təşəbbüsü və dəstəyi, "Dan" Beynəlmiləlçi Gənclər,
"Müşfiq" Əlil Uşaqlara Yardım və "Müstəqil
Həyat" Dəstək və İnkişaf
Mərkəzi
ictimai birliklərinin təşkilati dəstəyi
ilə reallaşmışdır.
Yekun tədbirində
çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, üç gün davam etmiş festivalın əsas məqsədi əlilliyi
olan istedadlı gənclərin yaradıcılıq
bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi,
ictimaiyyətin diqqətinin humanizm ideyalarına, əlilliyi
olan gənclərin sosial
inteqrasiyası və adaptasiyasının təşviqinə, onlarla ünsiyyətin qurulması və təcrübə
mübadiləsi üçün şəraitin
yaradılmasına, regional, millətlərarası
və beynəlxalq mədəni əlaqələrin gücləndirilməsi,
mədəni dəyərlərə və əlilliyi olan gənclərin
yaradıcılığına cəlb edilməsindən ibarət
olmuşdur.
Qeyd edilmişdir
ki, Azərbaycanda əhalinin bütün kateqoriyaları kimi,
əlillərə də xüsusi diqqət
və qayğı göstərilir. Bu,
ölkədə aparılan humanist siyasətin
istiqamətlərindən biridir. Gənc əlillərin
mədəni həyatda iştirakı, onların asudə
vaxtlarının səmərəli təşkili məqsədilə
daim müxtəlif layihələr həyata
keçirilir.
Nazir müavini
dəvəti qəbul edib festivalda
iştirak edən ölkələrin
nümayəndələrinə təşəkkürünü
bildirmiş, belə layihələrin
davamlı keçiriləcəyini söyləmişdir.
Sonra festivala
qatılmış ölkələri təmsil edən
qurumların rəhbərlərinə təşkilat komitəsi
tərəfindən diplomlar və hədiyyələr
təqdim edilmişdir.
Mərasim festival iştirakçıları və
ölkəmizin incəsənət ustalarının
iştirakı ilə möhtəşəm qala-konsert
proqramı ilə davam etmişdir.
Festivala Azərbaycan
da daxil olmaqla 9 ölkədən 150-dən artıq əlil
gənc qatılmışdır. İştirakçı
dövlətlərdən gəlmiş kollektivlər tərəfindən
3 gün ərzində mahnı, rəqs, teatr və instrumental
musiqidən ibarət proqramlar nümayiş olunmuşdur.
Festival çərçivəsində
xarici ekspertlər əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər
üçün ustad
dərsləri təşkil etmişlər.
Eyni zamanda, festival ərəfəsində
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və
UNİCEF tərəfindən 20-dək qaçqın, məcburi
köçkün və əlilliyi olan gənclər üçün
xarici ekspert tərəfindən
fotoqrafiya üzrə 5 günlük
təlimlər keçirilmişdir. Təlimlər nəticəsində
iştirakçıların çəkdikləri və ekspert tərəfindən seçilmiş
fotoşəkillər festivalın bağlanış mərasimində
Heydər Əliyev Sarayının foyesində təşkil edilmiş sərgidə nümayiş
olunmuşdur.
Həmçinin
festivalın iştirakçıları üçün
zəngin elmi-mədəni proqram
hazırlanmışdır. Onların iştirakı ilə bir sıra görüşlər keçirilmiş, fəxri və şəhidlər
xiyabanlarına ziyarət, Qala Arxeoloji-Etnoqrafik Muzey
Kompleksinə səfər, şəhər və dəniz gəzintisi
reallaşdırılmışdır.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 11.