Budapeştdə Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyinə həsr
edilmiş bayram konserti keçirilmişdir
Budapeştin mərkəzindəki tarixi "Korintiya"
zalında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyinə həsr
edilmiş təntənəli bayram konserti keçirilmişdir.
Heydər
Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının
Macarıstandakı səfirliyinin və "Art
Prodakşn" şirkətinin birgə təşkilatçılığı
ilə reallaşan konsertdə Budapeştin "Dunay"
Simfonik Orkestri Azərbaycan
bəstəkarlarının əsərlərindən ibarət
zəngin proqramla çıxış etmişdir.
Konsertin əvvəlində
iştirakçılara ulu öndər
Heydər Əliyevin həyat yolu, Azərbaycan
dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində
misilsiz xidmətləri, xalqın siyasi, iqtisadi və mədəni
həyatına əvəzsiz töhfələri haqqında ingilis və macar dillərində
geniş məlumat verilmişdir.
Xalq artisti Rauf Abdullayevin
dirijorluğu ilə "Dunay"
Simfonik Orkestri Niyazinin "Rast" simfonik muğamını, Qara
Qarayevin "Yeddi
gözəl" baletindən parçaları, Fikrət
Əmirovun "Azərbaycan kapriççiosu"nu böyük məharətlə
ifadə etmişdir. İstedadlı
vokalçılar Səidə Şərifəliyevanın və
Samir Cəfərovun ifasında Azərbaycan və Avropa
klassik operalarından səslənən ariyalar böyük maraqla qarşılanmışdır.
Diplomatik korpus təmsilçiləri,
Macarıstanın sənət adamları və
çoxsaylı musiqi pərəstişkarları
Heydər Əliyev ideyalarının və Azərbaycan-macar
xalqlarının dostluğunun rəmzinə
çevrilən təntənəli bayram konsertini yüksək dəyərləndirmiş
və virtuoz ifaçıları dəfələrlə
ayaq
üstə alqışlamışlar.
Pərvanə
QARAYEVA,
AzərTAc-ın
xüsusi müxbiri
Budapeşt
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 11.