«Jewish Journal” jurnalında «Arşın mal
alan» operettasının ABŞ-da premyerası haqqında məqalə
dərc edilmişdir
Amerikada
çıxan "Jewish Journal" jurnalında
"Arşın mal alan" Amerikaya gəlmişdir" sərlövhəli
məqalə dərc edilmişdir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasının bu il sentyabrın 7-də Los-Ancelesdə premyerasından bəhs edilən həmin məqalənin müəllifi göstərir ki, 1913-cü ildə yazılmış "Arşın mal alan" operettası Amerika tamaşaçılarına ilk dəfə təqdim olunmuş və Azərbaycanın Los-Ancelesdəki diplomatik missiyası şəhərin bütün yəhudi icmasını tamaşaya dəvət etmişdir.
Məqalə
müəllifi "Arşın mal alan" əsərinin
süjeti barədə məlumat verərək qeyd edir ki, Azərbaycan
İsrail ilə səmimi münasibət yaratmışdır
və bu ölkəni neft ilə təchiz edən ikinci əsas
dövlətdir. Məqalədə rejissor Maykl Şnakın
tamaşa səhnələrinə müasir elementlər daxil
etməsi və bunun sayəsində tamaşanın daha
baxımlı və aktual olması vurğulanır.
"Arşın mal alan" operettasının ABŞ-da
premyerası ARDNŞ-nin maliyyə dəstəyi ilə Azərbaycanın
Los-Ancelesdəki Baş konsulluğu tərəfindən təşkil
edilmişdir.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.-2013.- 18 sentyabr.- S.7.