Ümummilli lider Heydər
Əliyevin abidəsini
ziyarət
Prezident İlham Əliyevin
Quba rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzindəki
Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
Quba
Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz
Ağayev Azərbaycan
Prezidentinə məlumat
verdi ki,
ərazisi 5 hektar olan Heydər Əliyev adına mədəniyyət və
istirahət parkı tamamilə yenidən qurulmuşdur. Ərazidə yol və keçidlərə 2500 kvadratmetr
asfalt döşənmiş,
geniş yaşıllıq
işləri aparılmışdır.
İstirahət məkanında 4 kölgəlik quraşdırılmış,
60 oturacaq qoyulmuş, işıqlandırma sistemi
və parkın ətrafındakı hasarlar
yenilənmişdir. Parkda ulu
öndər Heydər
Əliyevin portretlərindən
ibarət mozaik pannolar yaradılmışdır.
Burada müasir işıqlandırma
sistemi ilə təchiz edilmiş musiqili fəvvarə tikilmişdir. Dairəvi şəkilli
ikinci fəvvarə dekorativ elementlərlə bəzədilmişdir. Quba rayonunun
ən gözəl yerlərindən birində
salınan bu parkın yenidən və ən müasir standartlar səviyyəsində qurulması
əhalinin istirahətinin
təşkilində mühüm
rol oynayır.
AzərTAc
Azərbaycan.-2013.- 19 sentyabr.- S.1.