Beşulduzlu «Rixos Quba Azerbaijan» hotelində
görülən işlərlə tanışlıq
Prezident
İlham Əliyevin Quba rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu "Rixos Quba Azerbaijan" hotelində görülən işlərlə tanış olmuşdur.
Hotelin otaqlarını gəzən Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, kompleksin tikintialtı ərazisi 75, ümumi sahəsi isə 202 hektardır. Ərazidə kanat yolu da çəkilmişdir. Hotel kompleksində restoranlar, hovuz, idman meydançası və digər köməkçi obyektlərin tikilməsi nəzərdə tutulmuşdur. Kompleks səkkizmərtəbəli əsas binadan və 16 kottecdən ibarətdir. Burada ümumi sahəsi 27,3 min kvadratmetr olan süni göl yaradılmışdır. Gölün ətrafında restoran və helikopter meydançası tikilmişdir. Gələcəkdə kompleksdə xizək mərkəzinin və digər binaların da inşası nəzərdə tutulur.
Kotteclərdə yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada mini-kinoteatr, idman zalı və digər otaqlar vardır. Ərazidə həmçinin tennis kortu, voleybol və futbol meydançaları inşa edilmişdir.
Dövlət
başçısı tikinti işlərinin yüksək səviyyədə
aparılması ilə bağlı tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2013.- 19 sentyabr.- S.6.