Naftalan şəhərinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Dörd min nəfər əhalinin yaşadığı 2
yaşayış məntəqəsini birləşdirən
Naftalan-Qaşaltı Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədi
ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası
avtomobil yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 1,0
(bir) milyon manatı Naftalan Şəhər İcra Hakimiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 19 sentyabr.- S.6.