Elnur ASLANOV: «Azərbaycan hazırda bölgənin
internet mərkəzidir»
Azərbaycan RespublikasıPrezidenti Administrasiyasının Siyasi
təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur ASLANOVUN AzərTAc-a
müsahibəsi
- Azərbaycanda internet azadlığının
qorunması üçün
dövlət tərəfindən
hansı tədbirlər
görülür?
- Bu gün Azərbaycan hakimiyyəti vətəndaşlara
informasiyanın sərbəst
əldə olunması
üçün bütün
imkanları yaradıb,
ölkədə internet azaddır.
Minlərlə bloqqer Azərbaycanın
internet məkanında sərbəst
fəaliyyət göstərir,
onlarla internet-radiolar, eyni sayda internet-televiziyalar, yüzlərlə
elektron qəzet və jurnallar mövcuddur, əhali arasında Facebook, Twitter, Instagram kimi sosial şəbəkələr
olduqca populyardır.
Sosial şəbəkələr həyatımızın
ayrılmaz hissəsinə
çevrilib, eyni zamanda, siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı
bir məkan olub. Artıq internetdən istifadə
Azərbaycan əhalisinin
gündəlik həyat
tərzinə daxildir.
Dövlət bu gün hər bir vətəndaşın
internetə rahat çıxış imkanı
yaradılmasında bir
nömrəli qarant rolundadır.
Müasir Azərbaycanda elektron demokratiya yüksək səviyyədə təmin
olunur və ölkə bir sıra dövlətlərdə
olduğu kimi, internetin məhdudlaşdırılması
ilə bağlı heç bir tədbir həyata keçirmir.
Artıq respublika əhalisinin 70 faizə yaxını
internet istifadəçisidir və bu rəqəm
ilbəil artır. Azərbaycan Prezidenti
İlham Əliyev ucqar kəndlərə belə genişzolaqlı internetin çəkilməsi
göstərişini verib
və hazırda internetin vətəndaşlara
daha əlçatan olması üçün
dövlət tərəfindən
həyata keçirilən
tədbirlər sürətlə
davam etdirilir.
Müqayisəli təhlil aparsaq görərik ki, Azərbaycanda internet tariflərinin
region ölkələrindəkindən aşağı olması təmin edilib. 2012-ci ildə
genişzolaqlı internet üzrə
orta qiymət əhalinin orta aylıq gəlirinin 2,5 faizini təşkil
edib ki, bu da Beynəlxalq
Telekommunikasiya İttifaqının
inkişaf etməkdə
olan ölkələrdə
bu nisbətin 2015-ci ilədək 5 faizdən az olması barədə hədəfinin
artıq indidən təmin olunması deməkdir.
Xüsusilə qeyd etməliyəm ki, cənab Prezidentin siyasəti Azərbaycanda İKT sahəsinin
maksimum inkişaf etdirilməsidir ki, bunun nəticəsi olaraq internet tariflərinin
ucuzlaşdırılması meylinin davam etdirilməsi kütləviliyi
daha da artıracaqdır. Misal üçün, son 10 ildə
Azərbaycanda 1 Mbit/s.
internetin qiymətində
təxminən 1200 dəfə
ucuzlaşma qeydə alınıb. Bundan başqa, ölkənin
xarici tranzit dövlətlərdən internet asılılığına son qoyulub.
Təkcə son 5 il ərzində Azərbaycanda
internet xidmətləri bazarının
4 dəfə böyüməsi
dövlətin bu sahəyə nə qədər prioritet istiqamət kimi yanaşdığını əyani
şəkildə göstərir.
Buraya 2013-cü ilin Azərbaycanda "İKT ili"
elan olunmasını, kadr bazasını möhkəmləndirmək üçün
İnformasiya Texnologiyaları
Universitetinin yaradılmasını,
internet infrastrukturunun sürətlə
müasirləşdirilməsini, fiber-optik kabel şəbəkəsinin
durmadan genişləndirilməsini
də əlavə etsək mənzərə
daha da aydın
olar.
Azərbaycan hazırda bölgənin
internet mərkəzidir. Təsadüfi
deyil ki, Bakı VII İnternet İdarəçilik Forumu
kimi nüfuzlu beynəlxalq tədbirlərə
ev sahibliyi
edib.
- İnternetin imkanlarından
dövlət idarəçiliyində
necə istifadə olunur?
- Azərbaycan hakimiyyəti internetə təkcə informasiya mübadiləsi məkanı kimi deyil, həm də hökumətin açıq və şəffaf fəaliyyətinin
təmin olunması, vətəndaşların idarəçilik
proseslərinə cəlb
edilməsinin yeni imkanları kimi baxır. Elektron hökumət layihəsi, cənab Prezidentin Facebook səhifəsində
dövlət qurumlarının
vətəndaşların suallarını
vaxtaşırı cavablandırması
üçün platformaların
yaradılması, ölkədə
elektron sənəd dövriyyəsi sisteminin formalaşdırılması məhz
bu missiyaya xidmət edir. Xüsusilə əhaliyə
xidmət sahəsində
elektron sənəd
dövriyyəsinin getdikcə
böyüməsi həyata
keçirilən bütün
işlərin mərkəzində
Azərbaycan vətəndaşının
dayandığına növbəti
sübutdur. İnternetin online imkanlarının geniş istifadə olunduğu "ASAN xidmət"
mərkəzlərinin ölkə
boyu genişləndirilməsində,
vətəndaşların elektron
xidmətlərdən daha
çox faydalanması
üçün hətta
dövlət başçısının
özünün şəxsi
nümunə göstərməsində
məhz bu iradə həlledici rol oynayır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi hallarda Azərbaycanda sürətli
inkişafa qərəzli
münasibət bəsləyən,
erməni lobbi təşkilatlarına yaxınlığı
ilə seçilən
bir sıra təşkilatlar reallıqdan
uzaq, saxta rəqəmlər əsasında,
böhtan xarakterli məlumatlar yayaraq ölkənin müsbət
imicini zədələməyə
çalışırlar. Sifariş yerinə
yetirən bu cür təşkilatlar reallığı təhrif
etmək gücündə
deyil, onların fəaliyyəti konkret faktlar əsasında daim ifşa olunur və bundan sonra da
ifşa olunacaqdır.
- İnternet seçkilərdə
şəffaflıq göstəricisi
ola bilərmi?
- Artıq prezident seçkisinə gedən namizədlər və onların təşviqat qrupları internetdə sosial şəbəkələr
vasitəsilə geniş
təbliğat işi
aparırlar. Hətta ayrı-ayrı şəxslərin
Facebook, Twitter səhifələrində
paylaşdıqları statuslar
media, qəzet səhifələrində
əksini tapır.
Bu faktın özü
Azərbaycanda internetin
nə qədər azad məkan olduğunu göstərir.
Eyni zamanda, budəfəki prezident seçkisində
1000-ə qədər seçki
məntəqəsində vebkameraların
quraşdırılması, ölkədə, xaricdə
olmasından asılı
olmayaraq, hər kəsə seçkinin gedişatı ilə sərbəst tanış
olmaq imkanının yaradılması prosesin şəffaf keçirilməsinə
online nəzarət olmaqla
yanaşı, həm də Azərbaycanda açıq cəmiyyətin,
internet şəffaflığının bariz nümunəsidir.
Bu gün ölkədə
ən yeni texnologiya - 4G tətbiq edilir. Dövlət internet
mediasının inkişafını, internetdə fikir və söz
azadlığını, sosial şəbəkələrin
genişlənməsini dəstəkləyir. "Azərbaycan-2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasında da internetin
imkanlarından daha geniş
yararlanmaq, qabaqcıl texnologiyaları Azərbaycana
gətirməyi davam etdirmək kimi mühüm hədəflər
müəyyən edilib.
Azərbaycan.-2013.- 19 sentyabr.- S.7.