Azərbaycan
Demokrat Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş
Sərdar Calal oğlu
Məmmədovun 2013-cü il oktyabrın
9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR
¹ 27/153
2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli
sürülmüş Sərdar Calal oğlu Məmmədovun
namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 31 avqust 2013-cü il tarixli 22/129 saylı qərarı ilə təsdiq edilmişdir.
Namizədin
müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 9-da partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb namizədin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və
182-ci maddələrinə əsasən qərara alır:
1. Azərbaycan
Demokrat Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş
Sərdar Calal oğlu
Məmmədov 2013-cü il oktyabrın
9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınsın.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2013
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 9.