2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyası tərəfindən məşvərətçi
səs hüquqlu üzv
təyin olunmuş Niyaməddin Orduxan oğlu Orduxanovun Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR
¹ 27/154
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyası tərəfindən Niyaməddin Orduxan oğlu Orduxanov Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına məşvərətçi
səs hüquqlu üzv
təyin olunmuş və həmin şəxsin
üzvlüyünün təsdiq edilməsi
üçün müvafiq
sənədlər Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş müddətdə
və qaydada müvafiq
araşdırma aparıb, həmin şəxsin məşvərətçi
səs hüquqlu üzv
qismində təsdiq edilməsi üçün
əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 21, 28.2, 28.4 və 182.4-cü
maddələrinə əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyası tərəfindən məşvərətçi
səs hüquqlu üzv
təyin olunmuş Niyaməddin Orduxan oğlu Orduxanov Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2013
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 9.