2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində ödənişsiz əsaslarla
ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının
yaradılması, püşkatmanın keçirilməsi
vaxtının müəyyən olunması və efir vaxtının bölgüsü
cədvəlinin
dərc edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR
¹ 27/155
2013-cü il oktyabrın 9-na
təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
prezidentliyə namizədlərin qeydiyyatı başa
çatmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə
uyğun olaraq səsvermə
gününə 23 gün qalmış, yəni
2013-cü il sentyabrın 16-dan
seçkiqabağı təşviqat başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən
prezidentliyə namizədlərin ictimai teleradio verilişləri təşkilatının
kanallarında ödənişsiz əsaslarla efir
vaxtı almaq hüquqları vardır. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən
ödənişsiz əsaslarla Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.5-ci
maddəsində nəzərdə tutulduğundan
(həftədə azı 3 saat) 2 dəfə
artıq (həftədə 6 saat) efir vaxtı ayrılmışdır. Efir vaxtı
təqdim etmiş qurumun
imkanları daxilində həftənin 1-ci, 3-cü və 5-ci
günləri saat 21.00-dan başlamaqla,
hər dəfə 1 saat olmaqla
radioda, həftəlik cəmi 3 saat müddətində, 2-ci, 4-cü və
6-cı günlər isə TV-də saat
19.00-dan başlamaqla hər dəfə 1
saat olmaqla, həftəlik
cəmi 3 saat müddətində istifadəçilərə
təqdim edilməsinə dair Mərkəzi
Seçki Komissiyası ilə həmin qurum arasında razılığa gəlinmişdir.
Ayrılmış efir
vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ
olan sübyektlər arasında
bölüşdürülməsi məqsədilə püşkatma komissiyası yaradılmalı,
püşkatmanın keçirilməsi tarixi
və vaxtı müəyyən olunmalı,
püşkatmanın nəticələri protokolla
rəsmiləşdirilərək, efir
vaxtının bölgüsü cədvəli
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
80.7-ci maddəsində nəzərdə tutulan
qaydada dərc edilməlidir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
80.4-cü və 80.6-cı maddələrinə əsasən həmin
Məcəllənin 75-ci maddəsində göstərilən
müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin
74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş
subyektlər arasında, onların verdikləri ərizə əsasında
ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bərabər şərtlərlə
və bərabər həcmdə bölgüsü
məqsədilə püşkatma keçirilir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
80.7-ci maddəsinə əsasən püşkatma
müvafiq seçki
komissiyalarının, teleradio verilişləri
təşkilatları nümayəndələrinin
iştirakı ilə, habelə qeydə alınmış
namizədlərin, onların səlahiyyətli nümayəndələrinin,
vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin
iştirak etmək hüququ
nəzərə alınmaqla, püşkatmanın
keçirilməsi yeri və vaxtı
haqqında məlumat rəsmi dərc edilməklə keçirilir. Püşkatmanın nəticələri
protokolla rəsmiləşdirilərək,
efir vaxtının bölgüsü
cədvəli Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə
tutulan dövri nəşrlərdə
dərc edilir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 -
80.7-ci maddələrinə əsasən qərara alır:
1.
2013-ci il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən
ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü
məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında
aşağıdakı tərkibdə püşkatma komissiyası
yaradılsın:
Azər
Tağıyev - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
Fuad Cavadov
- Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
Almaz Qəhramanlı - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
Azər
Sarıyev - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Media və ictimai əlaqələr
şöbəsinin müdiri
2. Püşkatma 16 sentyabr 2013-cü il
saat 12.00-da keçirilsin.
3. Püşkatma komissiyası ayrılmış
efir vaxtının (həftəlik ümumi həcmi 6 saat olan, həftənin 1-ci,
3-cü və 5-ci günləri
saat 21.00-dan başlamaqla
hər dəfə 1 saat, həftədə 3 saat radioda, 2-ci, 4-cü və 6-cı günləri
isə 19.00-dan başlamaqla
TV-də hər dəfə 1 saat, həftədə 3 saat) bölgüsünü püşkatma
yolu ilə təmin etsin.
4. Püşkatmanın
nəticələri protokolla
rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
80.7-ci maddəsində nəzərdə
tutulan qaydada dərc edilsin.
5. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin
sərəncamına verilməsi
İctimai Televiziya və Radio Yayımları
Şirkətinin rəhbərliyinə
həvalə edilsin.
6. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2013
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 9.