2013-cü il
oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədi qeydə alınmış Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən
məşvərətçi səs hüquqlu
üzv təyin olunmuş
Nüşabə Məmməd Mübariz
qızı Əlizadənin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi
səs hüquqlu üzv
kimi təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 29/160
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən Nüşabə Məmməd Mübariz qızı Əlizadə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin olunmuş və onun üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21, 28.2, 28.4 və 182.4-cü maddələrinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin olunmuş Nüşabə Məmməd Mübariz qızı Əlizadə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.09.2013
Azərbaycan.-2013.- 20 sentyabr.- S.8.