2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin olunmuş Nizami Kamil oğlu Məmmədzadənin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 29/161

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası tərəfindən Nizami Kamil oğlu Məmmədzadə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin olunmuş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21, 28.2, 28.4 və 182.4-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin olunmuş Nizami Kamil oğlu Məmmədzadə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

19.09.2013

Azərbaycan.-2013.- 20 sentyabr.- S.8.