2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslərin Milli
Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 29/162
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının Ali Məclisi 2013-cü il 15 sentyabr tarixli iclasının 09/03 saylı qərarı ilə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
- Fəxrəddin Qulam oğlu Maxsudov
- Vüqar Əsgər oğlu Xankişiyev
- Həsrət Əhməd oğlu Fərzəliyev
- Rəfayıl Söyüdmalı oğlu Ələkbərov
- Kamal Əhməd oğlu Məstanov
- Oqtay Alı oğlu Ağayev
- Elçin Cəbrayıl oğlu Abdurzayev
- Araz Əliyabas oğlu Həsənov
- Hacağa Hacbala oğlu Cəfərov
- Namik Qədir oğlu Bəbirov
- Həbib Müzəffər oğlu Ələkbərov
- Malik Həkim oğlu Talıbov
- Cavanşir Alunbət oğlu Rzazadə
- Əmirxan Çilləxan oğlu İsmayılov
- Mətin Fərəc oğlu Quliyev
- Şakir Pünhan oğlu Ağayev
- Bayram Abbas oğlu
Abbasov
- Tahir Tofiq oğlu
Seyidov
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr
Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.09.2013
Azərbaycan.-2013.-
20 sentyabr.- S.8.