2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslərin Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxsləri kimi
qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 29/167
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası Ali Şurası Rəyasət Heyəti 2013-cü il 18 sentyabr tarixli iclasının 3 saylı qərarı ilə vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 72 və 186-cı maddələrinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
- Xaqani Balaxan oğlu Qubadov
- Rahib Gülağa oğlu Həşimov
- Sevilə Amentulla qızı Xidirova
- Şirməmməd Tapdıq oğlu Bayramov
- Tofiq Mövsüm oğlu Kərimov
- Bəhruz Rza oğlu Məmmədov
- Zülfüqar Hüseyn oğlu Ələsgərov
- Vüqar Tofiq oğlu Məmmədov
- Vasif Cankişi oğlu Abdullayev
- Süleyman Cəlal oğlu Məmmədov
- Mədinə Heybət qızı Sultanova
- Nazilə Cahangir qızı Soltanova
- İsa Ağa oğlu Cəfərov
- Zakir Hüseyn oğlu Hüseynov
- Sadiq Hüseyn oğlu Həsənov
- Eldəniz Yaqub oğlu Xuduzadə
- Nurəddin Mənsim oğlu İsmayılov
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.09.2013
Azərbaycan.-2013.- 20 sentyabr.- S.9.