"Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə
Qaydaları"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 251 Bakı şəhəri, 6
sentyabr 2013-cü il
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.3.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Xüsusi
gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli qərarı ilə təsdiq edilmişdir
Xüsusi gömrük
prosedurları daxilində
ekvivalent mallardan istifadə
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsinin (bundan
sonra - Gömrük Məcəlləsi) 173.5-ci maddəsinə
əsasən hazırlanmışdır
və xüsusi gömrük prosedurları
daxilində ekvivalent mallardan istifadə qaydalarını müəyyən
edir.
1.2. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların
əvəzinə saxlanca
qoyulan, istifadə edilən və ya emal edilən
daxili mallar ekvivalent mallar hesab olunur.
1.3. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur
altında yerləşdirilmiş
daxili malların əvəzinə emal olunan xarici mallardan
ibarətdir.
1.4. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə,
eyni texniki göstəricilərə və
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
(XİFMN) üzrə eynirəqəmli
koda malik olmalıdır.
2. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş bmalların
ekvivalent mallarla əvəz edilməsi
2.1. Gömrük orqanı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların
əvəzinə ekvivalent
mallardan istifadəyə
şəxsin müraciəti
olduğu halda icazə verir.
2.2. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti
baxımından qanunvericiliyin
tələblərinə uyğun
tətbiq olunmasının
təmin edilməsi şərtilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti
saxlanc xüsusi gömrük prosedurları
istisna edilməklə,
digər xüsusi gömrük prosedurları
daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.
2.3. Gömrük anbarlarında
saxlanc, emal və ya sərbəst
zona xüsusi gömrük prosedurları
altında yerləşdirilmiş
malların qorunması,
xarici görünüşünün
və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün
hazırlanması məqsədi
ilə adi işləmə formalarına
məruz qaldıqda, habelə xüsusi gömrük prosedurları
daxilində ekvivalent mallardan istifadə idxal gömrük rüsum və vergilərində əsassız
fayda əldə etməyə imkan yaratdıqda, onların əvəzinə ekvivalent
mallardan istifadəyə
icazə verilmir.
2.4. Malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi
zamanı şəxs ekvivalent mallardan istifadəyə icazə verilməsinə dair müraciət etməmişdirsə,
ekvivalent mallardan istifadəyə dair icazə verilməsi barədə şəxsin
yenidən müraciət
hüququ məhdudlaşdırılmır.
2.5. Bu Qaydaların 2.4-cü bəndində
nəzərdə tutulmuş
halda icazə alınması üçün
şəxs tərəfindən
gömrük orqanına
ərizə ilə müraciət olunur və ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
30.2-ci maddəsində göstərilən
məlumatlarla yanaşı,
aşağıdakılar da
göstərilir:
2.5.1. malların yerləşdirilmiş
olduğu xüsusi gömrük prosedurunun adı;
2.5.2. xüsusi gömrük
proseduru altında yerləşdirilmiş əvəz
edilən malın adı, XİFMN üzrə
kodu, XİFMN-də göstərilən ölçü
vahidində miqdarı
və ABŞ dolları
ilə gömrük dəyəri;
2.5.3. xüsusi gömrük
proseduru altında yerləşdirilmiş əvəz
edilən malın keyfiyyəti və texniki göstəriciləri;
2.5.4. mallar emal
xüsusi gömrük
proseduru altında yerləşdirildiyi halda emal əməliyyatlarının
təsviri;
2.5.5. ekvivalent malın
adı, XİFMN üzrə
kodu, XİFMN-də göstərilən ölçü
vahidində miqdarı
və ABŞ dolları
ilə gömrük dəyəri;
2.5.6. ekvivalent malın
keyfiyyəti və texniki göstəriciləri;
2.5.7. xüsusi gömrük
proseduru altında yerləşdirilmiş malların
ekvivalent mallarla əvəzlənməsinin səbəbləri.
2.6. Ərizə ilə birlikdə aşağıda
göstərilən sənədlər
də təqdim edilməlidir:
2.6.1. mallar emal
xüsusi gömrük
proseduru altında yerləşdirildiyi halda, malların emal edilməsinə dair bağlanılmış müqavilə;
2.6.2. Gömrük Məcəlləsinin
167.1-ci maddəsində göstərilən
xüsusi gömrük
prosedurlarına dair alınmış icazə.
2.7. Bu Qaydalara əsasən
malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi
zamanı ekvivalent mallardan istifadəyə icazə verilməsi məqsədi ilə ərizə və digər sənədlər
qanunvericiliyin tələbləri
nəzərə alınmaqla,
elektron şəkildə
də təqdim edilə bilər.
2.8. Bu Qaydaların 2.2-ci, 2.3-cü və
2.6-cı bəndlərinin tələblərinə
riayət olunduqda, şəxs tərəfindən
müraciət təqdim
edildiyi tarixdən 3 (üç) iş günü müddətində
gömrük orqanı
ekvivalent mallardan istifadəyə dair kağız üzərində
yazılı və ya elektron formada
icazə verir və bu barədə
ərizəçiyə 2 (iki) iş günü müddətində kağız
üzərində yazılı
və ya elektron formada məlumat göndərir.
2.9. Bu Qaydaların 2.2-ci, 2.3-cü və 2.6-cı bəndlərinin tələblərinə riayət olunmadıqda, ekvivalent mallardan istifadəyə dair icazə verilməsindən imtinaya dair gömrük orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilir və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində kağız üzərində yazılı və ya elektron formada məlumat göndərilir.
2.10. Malların xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə gömrük orqanı tərəfindən icazə verilərkən, şəxsin müraciətinə əsasən ekvivalent malların istifadəsinə də icazə verilir.
3. Yekun müddəa
3.1. Daxildə emal xüsusi gömrük prosedurundan bu Qaydalarla müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə edilir.
Azərbaycan.-2013.-
20 sentyabr.- S.1.