«İnsan alveri qurbanlarının repatriasiya
Qaydaları»nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 252 Bakı şəhəri,
10 sentyabr 2013-cü il
"İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 609-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 887 nömrəli fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"İnsan alveri qurbanlarının repatriasiya Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmişdir
İnsan alveri qurbanlarının repatriasiya
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbay-can Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”na və Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına uyğun olaraq hazırlan-mışdır və insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası məsələlərini tənzimləyir.
1.2. Bu Qaydaların məqsədi insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - qurbanlar) repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslə-rin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaqdan ibarətdir.
1.3. Qurbanların repatriasiyası könüllülük prinsipi əsasında həyata keçirilməklə, insan alverindən zərər çəkmiş şəxslərin müdafiəsi üzrə tədbirlər sisteminin vacib elementlərindəndir və onların insan alverinin qurbanları kimi yardım almaq hüquqlarının həyata keçirilməsinə təminat verir, cəmiyyətə reinteqrasiyasına, normal həyat tərzinə qayıtmasına şərait yaradır.
1.4. Bu Qaydalar, həmçinin İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi üzrə İdarələrarası Komissiyanın üzvləri olan dövlət qurumları, eləcə də vətəndaş cəmiyyətinin üzvləri tərəfindən həyata keçirilən insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılmasına xidmət edir.
1.5. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilə-lərə əsasən insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq mühafizə orqanları ilə, habelə insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.6. Qurbanların repatriasiyası ilə bağlı beynəlxalq əməkdaşlıq zamanı BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konven-siyası, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokol və Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası rəhbər tutulur.
2. İnsan alveri qurbanlarının repatriasiyasının ümumi şərtləri
2.1. İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayət-karların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 (otuz) gün bərpa və fikirləşmə müddəti verilir.
2.2. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təh-lükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.
2.3. Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra insan alverinin qurbanı olmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərə onların istəyi ilə 1 (bir) il müddətinə müvəqqəti yaşama icazəsi verilir.
2.4. Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra, yaxud müvəqqəti yaşama icazəsi dövründə qurbanlar Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olduqda, onların repatriasiyası həyata keçirilir.
2.5. Repatriasiya ediləcək qurbanların müvafiq sənədləri (şəxsiy-yətini təsdiq edən sənəd, yol sənədləri və s.) olmadıqda, həmin sənədlərin qanunla müəyyən edilmiş qaydada əldə edilməsi istiqamətində müvafiq tədbirlər yerinə yetirilir.
2.6. Repatriasiya ediləcək qurbanların nəqliyyat və repatriasiya ilə bağlı digər zəruri xərclərinin ödənilməsinə köməklik göstərilir.
2.7. Qurbanların repatriasiyası zamanı onların hüquqlarının qorun-ması, təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi işi davam etdirilməli, repatriasiya üzrə üzrsüz gecikmələrə və ya ləngitməyə yol verilməməlidir.
2.8. Qurbanlar repatriasiya edilərkən onları qəbul edəcək ölkənin vətəndaşı və ya orada yaşama hüququna malik olub-olmamaları yoxlanılır və bu məsələ ilə bağlı gələcəkdə digər çətinliklərin yaranmaması üçün müvafiq tədbirlər görülür.
2.9. Qurbanların repatriasiyası təmin edilərkən, qəbul edən ölkənin repatriasiya üzrə zəruri əməkdaşlığa və qurbanları qəbul etməyə dair müvafiq rəsmi razılığı əldə edilir, repatriasiya ilə əlaqədar qarşılıqlı fəaliyyət göstərilir. Qurbanlar geri qaytarıldıqdan sonra onlarla bağlı məsələlərə dair əməkdaşlıq davam etdirilə bilər.
2.10. Qurbanlar öz ölkələrinə repatriasiya edildikdən sonra yenidən insan alverinə məruz qalma riski və ya insan alverçiləri tərəfindən təqiblə üzləşmə təhlükəsi baxımından risk və təhlükə dərəcəsinin qiymətlən-dirilməsi aparılır, belə qiymətləndirmənin nəticələri repatriasiya prosesi zamanı nəzərə alınır.
2.11. Risk və təhlükə dərəcəsi aşağıdakı göstəricilər üzrə qiymətlən-dirilir:
2.11.1. qurbanların repatriasiya edilməsindən sonra yenidən insan alverinə məruz qalma ehtimalı;
2.11.2. qurbanların repatriasiya edilməsindən sonra insan alverçiləri tərəfindən təqiblə üzləşmə təhlükəsi;
2.11.3. qurbanların repatriasiya ediləcəyi ölkələrin insan alverinin törədilməsində mənşə, tranzit və ya təyinat ölkəsi qismində çıxış etmələri;
2.11.4. qurbanların repatriasiya ediləcəyi ölkələrdə belə şəxslər üçün reabilitasiya və reinteqrasiya proqramlarının mövcudluğu;
2.11.5. qurbanların repatriasiya ediləcəyi ölkələrdə onlara zəruri sosial xidmət göstərəcək dövlət və qeyri-dövlət qurumlarının potensial imkanları;
2.11.6. qurbanların repatriasiya ediləcəyi ölkələrin insan alverinə qarşı mübarizədə qətiyyətli olması və zəruri dəstəyin göstərilə biləcəyi səviyyə;
2.11.7. risk və təhlükə dərəcəsinin qiymətləndirilməsi üzrə spesifik olan digər göstəricilər.
2.12. Qurbanlara onları qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azaldılmasına dair tövsiyələr verilir, habelə bu mümkün olduğu halda qəbul edən ölkələrdə onlara yardım edə biləcək hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, hüquq müda-fiəçilərinin və sosial təminat qurumlarının əlaqə məlumatları təqdim edilir.
2.13. Azərbaycana repatriasiya edilmiş insan alveri qurbanlarının peşə qabiliyyətinə yiyələnməsi və ya peşə qabiliyyətlərinin təkmilləş-dirilməsi, təhsil sistemindən faydalanması, əmək bazarına inteqrasiya olunması və ümumilikdə sosial reabilitasiyası, normal həyat tərzinə qayıtması istiqamətində “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları” və 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları” çərçivəsində tədbirlər görülür.
2.14. Qurbanların repatriasiya prosesinə, xüsusən bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə müvafiq vətəndaş cəmiyyəti üzvləri, əsasən insan alverinə qarşı mübarizə sahəsində peşəkarlaşmış və ixtisaslı qeyri-hökumət təşkilatları cəlb edilə bilər.
2.15. Repatriasiya zamanı insan alveri qurbanları ilə bağlı konfidensiallığın qorunması üzrə aşağıdakı məsələlər nəzarətdə saxlanıl-malıdır:
2.15.1. insan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatlar yayılmamalıdır;
2.15.2. insan alveri qurbanlarının, onların yaxın
qohumlarının, habelə insan alverinə
qarşı mübarizəyə yardım göstərən şəxslərin
həyat və sağlamlığına təhlükə yarada bilən məlumatlar konfidensial
hesab edilir və
onların yayılması qadağandır;
2.15.3.
insan alverindən zərər çəkmiş şəxslər
haqqında konfidensial məlumatları və ya onlar barəsində
tətbiq edilən təhlükəsizlik tədbirləri
haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları
qəsdən yayma Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə
səbəb olur.
3. İnsan alverinin qurbanı olan uşaqların repatriasiyası
3.1. İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan
Respublikasının hüdudlarından
kənara inzibati qaydada çıxartma tətbiq olunmur.
3.2. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə
və yaxud valideynlərinə qaytarılmasına
yalnız uşağın
yenidən insan alverinin qurbanı olması ehtimalı istisna edildikdə yol verilir. Onların ailələrinin,
qanuni nümayəndələrinin
müəyyən edilməsi
istiqamətində müvafiq
tədbirlər yerinə
yetirilir.
3.3. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə
və yaxud valideynlərinə qaytarılması
məsələsi həll
olunarkən, 10 yaşından
böyük uşaqların
məsələyə dair
münasibəti öyrənilir
və nəzərə
alınır.
3.4. Repatriasiyaya dair risk və təhlükə dərəcəsinin
qiymətlən-dirilməsi nəticəsində insan alverinin qurbanı olan uşaqların repatriasiyası onların mənafeyinə zidd hesab edildiyi təqdirdə, onlar geri qaytarılmır və həmin uşaqların ölkə
ərazisində qanuni
yaşamasının təmin
edilməsi istiqamətində
(ölkədə olmasının
rəsmiləşdirilməsi, sənədlərlə təmin
edilməsi, sosial reabilitasiyası) müvafiq
tədbirlər görülür.
3.5. Repatriasiya zamanı insan alverindən zərər çəkmiş uşaqların
təhsil hüququndan
faydalanma imkanlarının
və onlara zəruri qayğının
göstərilməsinin təmin
olunması, ailələr
və ya qayğı göstərən
müvafiq qurumlar tərəfindən onların
qəbul olunması ilə bağlı tədbirlərin həyata
keçirilməsi diqqətdə
saxlanılmalıdır.
3.6. İnsan alverinin qurbanı olmuş uşaqların repatriasiyasının
daha effektiv və təhlükəsiz
təmin edilməsi məqsədi ilə onların repatriasiya prosesində müşayiət
edilməsi məsələsi
nəzərdən keçirilir.
3.7. İnsan alverinin qurbanı olmuş uşaqların repatriasiyası da daxil olmaqla, onlara göstərilən hər növ yardım zamanı “Uşaq hüquqları haqqında” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının
və hüquq pozuntularının profilaktikası
haqqında” Azərbaycan
Respublikasının qanun-larına,
“Uşaq hüquqları
haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının
digər qanunlarına
və tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun
olaraq onların hüquqlarının və
qanuni maraqlarının
qorunması üçün
müvafiq tədbirlər
görülməlidir.
4. İnsan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı
olmayan şəxsin Azərbaycan Respublikasında
yaşamasının təmin
edilməsi
4.1. Əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş
şəxs hesab olunduqda, onun barəsində 1 (bir) il müddətində
Azərbaycan Respublikasının
hüdudlarından kənara
inzibati qaydada çıxartma tətbiq edilmir.
4.2. Bu Qaydaların 4.1-ci bəndində
göstərilən müddət
başa çatdıqda,
lakin əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs insan alveri ilə
bağlı cinayət
işləri üzrə
cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin
şəxs barəsində
Azərbaycan Respublikasının
hüdudlarından kənara
inzibati qaydada çıxartma cinayət
təqibi başa çatanadək tətbiq
olunmur.
4.3. Qurban
1 (bir) il
müddətində Azərbaycan
Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada Azərbaycan Respublikasında yaşamaq
hüququ əldə etmək üçün müraciət edə bilər.
4.4. Bu Qaydaların
4.3-cü bəndində nəzərdə
tutulan yaşamaq hüqu-qunu əldə etmək üçün edilmiş müraciətə
baxılarkən aşağıdakılar
nəzərə alınır:
4.4.1. insan alveri qurbanının cinayət
təqibi orqanları ilə əməkdaşlıq
etməsi;
4.4.2. insan alveri qurbanının məruz qaldığı fiziki və mənəvi iztirab-lar;
4.4.3. insan alverinin qurbanı olması müddəti;
4.4.4. insan alverinin qurbanının öz ölkəsinə repatriasiya
edilməsindən sonra
yenidən insan alverinin qurbanına çevrilməsi riski və ya insan
alverçiləri tərəfindən
təqibə məruz
qalması təhlükəsi.
4.5. Azərbaycan Respublikasında
yaşamaq hüququ verilmiş insan alverinin qurbanı immiqrant statusu əldə edir və bu statusdan
irəli gələn bütün hüquq və vəzifələrə
malik olur.
5. İnsan alveri qurbanlarının repatriasiyası
üzrə dövlət
orqanlarının koordinasiya
işi
5.1.
İnsan
alveri qurbanlarının
müdafiəsinin və
sosial reabilitasiya-sının
təkmilləşdirilməsi məqsədi ilə onların təhlükəsiz
repatriasiyası üzrə
dövlət orqanları tərəfindən
aşağıdakı tədbirlər
həyata keçirilir:
5.1.1. Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
və Azərbay-can Respublikasının Dövlət
Miqrasiya Xidməti tərəfindən:
5.1.1.1. Azərbaycan Respublikasının
hüdudlarını tərk
etmək arzusun-da olan qurbanların şəxsiyyətlərinin müəyyən
olunması, müvafiq
sənədlərlə təmin
edilməsi, onların
nəqliyyat və repatriasiya ilə bağlı digər zəruri xərclərinin
ödənilməsinə köməklik
göstərilməsi, belə
qurbanların qəbul
ediləcəyi ölkədə
insan alverinin qurbanı olması təhlükəsinin azaldılması;
5.1.1.2. qurbanların repatriasiyasına yardım
məqsədi ilə mənşə ölkələrinin
müvafiq dövlət
orqanları ilə əlaqələrin genişləndirilməsi;
5.1.1.3. qurbanların qanunvericiliklə müəyyən
olunmuş qaydada Azərbaycan Respublikasında
müvəqqəti yaşamaq
hüququ əldə etməsi.
5.1.2. Azərbaycan
Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi, qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalar
tərəfindən:
5.1.2.1. insan alverinin
qurbanı olmuş uşaqların öz ölkəsinə repatriasiyası
zamanı mənşə
ölkəsində himayədarın
müəyyən edilməsi;
5.1.2.2. insan alverinin
qurbanı olmuş uşaqların təhlükəsiz
repatria-siyası.
5.1.3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
tərəfindən:
5.1.3.1. Azərbaycan Respublikasının
diplomatik nümayəndəliklərinin
və konsulluqlarının
yerləşdikləri ölkələrin
insan alverinə qarşı mübarizə
aparan orqanları ilə əməkdaşlığının
təkmilləşdirilməsi;
5.1.3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alveri qurbanlarının Azərbaycan Respubli-kasına qayıtması üçün yardım göstərilməsi, onlara qısa müddətdə Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlərin verilməsi.
5.1.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən:
5.1.4.1. insan alverinin qurbanı olmuş uşağın müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi;
5.1.4.2. 10 yaşından yuxarı yaş həddində olan uşağın, ümumiyyətlə təhsilə cəlb olunmadığı aşkar edilərsə, onun bilik və bacarıq səviyyəsinin, həmçinin uşağın təhsil alacağı məktəb və sinfin müəyyənləşdirilməsi üçün şəhər/rayon təhsil idarə/şöbəsində xüsusi təhsil komissiyasının təşkil edilməsi;
5.1.4.3. psixoloji-sosial durumundan asılı olaraq reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaq-larda yaşayan uşaqların təhsillərinin həmin yerlərdə təşkil edilməsi;
5.1.4.4. insan alverinin qurbanı olmuş uşağın ümumtəhsil məktəb-lərində təhsil aldıqları müddətdə diskriminasiyaya məruz qalmasının qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərləri tərəfindən uşağın keçmişi ilə bağlı məlumatların məxfiliyinin qorunması.
Azərbaycan.-2013.-
20 sentyabr.- S.1.