OANA-nın XV Baş
Assambleyası çərçivəsində AzərTAc və
İTAR-TASS agentlikləri
rəhbərlərinin görüşü
olmuşdur
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Moskvada keçirilən XV Baş Assambleyası çərçivəsində AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov ilə görüşmüşdür.
S.Mixaylov bildirmişdir ki, bu il 4 dəfə Azərbaycan paytaxtında işgüzar səfərdə olmuşdur və bu, Rusiya ilə Azərbaycan, habelə AzərTAc ilə İTAR-TASS arasında yüksək səviyyədə mehriban qonşuluq və qardaşlıq münasibətlərindən xəbər verir. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının cari ilin aprel ayında Bakıda keçirilən toplantısını məmnunluqla xatırlamış və dünyanın ən nüfuzlu ali məktəblərindən birinin məzunlarını planetimizin müxtəlif guşələrindən dəvət edərək bir araya gətirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.
AzərTAc-ın
baş direktoru Aslan Aslanov Asiya və Sakit Okean Ölkələri
Xəbər Agentlikləri Təşkilatının (OANA) XV
Baş Assambleyasının yüksək səviyyədə təşkilinə
görə İTAR-TASS Agentliyinin rəhbərinə təşəkkür
etmişdir. A.Aslanov zəngin ənənələrə malik
iki agentlik arasında əlaqələrin
daha da inkişaf
etdirilməsi, beynəlxalq qurumlarda
qarşılıqlı fəaliyyət sahəsində
etimadın artırılması, texniki əməkdaşlığın
möhkəmləndirilməsi məsələlərinə toxunmuş, təkliflər irəli sürmüşdür.
AzərTAc-ın baş direktoru
Sergey Mixaylovu bu il oktyabrın
sonlarında Bakıda keçiriləcək Humanitar
Forumda görməkdən məmnun
olacağını söyləmişdir.
Azərbaycan.-2013.- 20 sentyabr.- S.11.