Malta Respublikasının
Prezidenti zati-aliləri
cənab Corc Abelaya
Hörmətli cənab Prezident!
Malta Respublikasının milli bayramı - Müstəqillik günü
münasibətilə Sizə
və bütün xalqınıza Azərbaycan
xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Malta dostluğunun daim möhkəmlənməsi və
əməkdaşlığımızın
əhatə dairəsinin
daha da genişlənməsi
yolunda qarşılıqlı
səylərimizi bundan
sonra da ardıcıl şəkildə
davam etdirəcəyik.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Malta xalqına
sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 21 sentyabr.- S.1.