Mərkəzi AsiyaQafqazda yeniyetmə qızlara qarşı zorakılığın qarşısının

 alınmasına həsr olunmuş beynəlxalq konfrans başa çatmışdır

 

Astanada "Qadınların Yaradıcılıq Təşəbbüsü Liqası"nın təşəbbüsü ilə keçirilən "Mərkəzi AsiyaQafqazda yeniyetmə qızlara qarşı zorakılığın, erkən və məcburi nikahların qarşısının alınması" adlı beynəlxalq konfrans başa çatmışdır.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Gürcüstan və Türkmənistandan olan ekspertlərin, hökumət və qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Konfransda çıxış edən Hicran Hüseynova Azərbaycanda erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən danışmışdır. O, Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti haqqında məlumat verərək demişdir: 2011-ci ildə ölkəmizdə 88145 min nikah qeydə alınmışdı ki, bunun da 5138-i erkən nikahlar idi. 2012-ci ildə isə qeydə alınan 79065 nikahdan yalnız 295-ni erkən nikahlar təşkil etmişdir. Göründüyü kimi, bu sahədə köklü aparılmışdır və nəticə göz qabağındadır. H.Hüseynova Azərbaycanda həyata keçirilən "Erkən nikahlar uşaqların hüquqlarının pozulmasıdır", "Cəmiyyətin inkişafında müasir ailənin rolu" və bir sıra digər layihələr haqqında da danışmışdır.

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin sədri Lyudmila Xəlilova bu sahədə qeyri-hökumət təşkilatlarının gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAcn xüsusi müxbiri

Astana

Azərbaycan.-2013.-  21 sentyabr.- S.4.