Son 10 ildə Azərbaycanda daxili proseslər siyasi sabitlikinkişafla yadda qalıb

 

Bu fikirlər İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatında əks olunub

 

 

Konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasının son 10 ildə uğurla davam etdirilməsi nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisi artmış, regionların tarazlı və davamlı inkişafı təmin edilmiş, əhalinin sosial rifah halı yüksəlmişdir. Yeni neft strategiyasının davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmışdır.

İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada olmaq iddiasını ortaya qoymuş Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir. Son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün geniş imkanlar açır.

Ölkənin iqtisadi inkişaf tempi siyasihüquqi islahatların çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsinə imkan yaradır. Şübhəsiz, hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insan azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta təbəqənin mövqelərinin möhkəmlənməsidir. Bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur.

Bütün bunlara nəzərən Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapmışdır. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də hüquqi sahələrdə özünəməxsus inkişaf modeli formalaşmışdır. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir.

İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyününsuverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Bütün sahələrdə əldə olunan uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Bu günlərdə İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabat yayıb. ISPI-nin analitiki Matteo Verdanın müəllifi olduğu hesabatda regionun hər üç dövlətində - Azərbaycan, Gürcüstan və Ermənistanda son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyət təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidləri nəzərdən keçirilir və qarşıdan gələn onillik barədə proqnozlar verilir.

Hesabatda qeyd edilir ki, 2013-cü il Cənubi Qafqazın hər üç ölkəsində seçki ili olduğu üçün xüsusilə əhəmiyyətlidir. Ermənistanda prezident seçkilərinin bu ilin fevral ayında keçirildiyini, Azərbaycan və Gürcüstandakı seçkilərin isə oktyabr ayında baş tutacağını qeyd edən müəllif səsvermənin mümkün nəticələrinə toxunaraq vurğulayır ki, Azərbaycandakı seçkidə mövcud hakimiyyətin qələbə qazanacağı ehtimalı çox yüksəkdir.

Regiondakı iqtisadi vəziyyətdən danışan müəllif qeyd edir ki, son 10 il ərzində region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə etmişlər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım tempinə nail olmuşsa, Gürcüstan və Ermənistanda inkişaf çox zəif getmişdir. 2009-cu il qlobal maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin ümumi daxili məhsulları böhran illərində müvafiq olaraq 14 və 4 faiz azalmışdır), Azərbaycan müsbət inkişaf tempini qoruyub saxlamışdır. Həmçinin vurğulanır ki, Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nə əsasən iqtisadi inkişaf baxımından Azərbaycan dünya dövlətləri arasında 39-cu, Gürcüstan və Ermənistan isə müvafiq olaraq 72-ci və 79-cu yerlərdə qərarlaşmışdır.

Hesabatın Azərbaycanla bağlı olan hissəsində müəllif təhlükəsizliyə dair məsələlərdən danışır, ölkədə baş verən önəmli siyasiiqtisadi prosesləri ətraflı təhlil edirbu proseslərin qarşıdan gələn onillikdə mümkün inkişaf istiqamətləri barədə proqnozlar verir.  ISPI qeyd edir ki, əvvəlki dövrdə olduğu kimi, son onillikdə də Azərbaycan üçün ən önəmli təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsi olmuşdur. 2011-ci ildə Azərbaycanın təkcə hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələmişdir.

Sənədə əsasən son 10 illik dövr ərzində Azərbaycanda daxili proseslər siyasi sabitlikinkişafla yadda qalmışdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoymuşsiyasi sabitlik yaratmağa müvəffəq olmuş, dövlət quruculuğu prosesinə başlanılmışdır.  Ulu öndər 2003-cü ildə səhhəti ilə əlaqədar prezident seçkilərində iştirak etməmişdir. Ötən on ildə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın davamlı inkişafını şərtləndirmişdir.

Qeyd olunur ki, Yeni Azərbaycan Partiyası 2005-ci və 2010-cu illərdə parlament seçkilərində də qələbə qazanmışdır. Bu illər ərzində müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz etsələr də, heç bir ortaq strategiya ilə çıxış edə və Yeni Azərbaycan Partiyasına qarşı ciddi rəqabət yarada bilməmişlər. Müəllif vurğulayır ki, nəticədə "müxalifət partiyaları marginallaşmağa davam etmiş, parçalanaraq daha çox bir-birinə qarşı mübarizə aparmaqla məşğul olmuşlar".

Hesabatda deyilir: "Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə etmiş, ortalama illik 12,2 faiz -  digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olmuşdur". Müəllif vurğulayır ki, ötən onillik ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirmişbu siyasi sabitliyin qarşıdakı on il ərzində də davam edəcəyi gözləniləndir. Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması, TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm də onun Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcəkdir.

Hesabata əsasən son onillik ərzində Cənubi Qafqaz ölkələri üçün ən önəmli təhlükəsizlik təhdidləri davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsidir. Sənəddə deyilir ki, Dağlıq Qarabağ problemi ilə bağlı münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün hələ 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. Lakin bu təşkilatın fəaliyyəti münaqişənin həlli üçün qeyri-səmərəli olmuşdur. Status-kvonun davam etməsi dünya birliyi tərəfindən tənqid edilsə də, münaqişənin həllinə vasitəçi kimi cəlb edilmiş dövlətlərin status-kvonun dəyişdirilməsi istiqamətindəki cəhdlərində siyasi iradə çatışmazlığı ciddi şəkildə hiss edilməkdədir.

Şübhəsiz ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda dəstəklənmişdir. Xatırladaq ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanmışdır. 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm qətnamə qəbul edilmişdir. Həmin qətnamədə də deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Ermənistan və Azərbaycan arasında 1994-cü ilin 12 mayında atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 19 il keçsə də, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) fəal vasitəçiliyi ilə aparılan gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və qətiyyətsizliyi  üzündən sülhə gəlmək mümkün olmayıb. İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan  danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. 

Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 22 sentyabr.- S.1.