Daxili işlər naziri
Lənkəran şəhərində vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 21-də Lənkəran şəhərində növbəti qəbul keçirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həmin gün şəhər-rayon polis şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından olan sakinləri qəbul edən nazir onların müraciətlərini dinləmiş, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar vermişdir.
Müraciətlərin böyük
əksəriyyəti elə yerindəcə öz
həllini tapmışdır. Polisin fəaliyyətinə aid
olmayan ərizələrin aidiyyəti
üzrə digər dövlət orqanlarına göndəriləcəyi
və onlara mövcud
qanunvericiliyə uyğun şəkildə
baxılacağı nəzərə
çatdırılmışdır.
Azərbaycan.-2013.- 22 sentyabr.- S.2.