İqtisadi inkişaf naziri Kürdəmirdə vətəndaşları
qəbul etmişdir
İqtisadi inkişaf naziri Şahin Mustafayev sentyabrın 21-də İmişli, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda nazir Şahin Mustafayev vətəndaşların müraciətlərini və təkliflərini dinləmişdir.
Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapmış, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilmişdir. Vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Ümumiyyətlə, qəbula gəlmiş vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, qaz çəkilişi, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər.
Qəbul zamanı, həmçinin sahibkarlarla heyvandarlıq, bağçılıq, tikinti materiallarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə müzakirələr aparılmış və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilmişdir.
Qəbul
günü birbaşa müraciət edən vətəndaşlar
da nazir Şahin Mustafayev tərəfindən qəbul
edilmiş, hər bir vətəndaşın müraciəti
diqqətlə dinlənilmiş, müraciətlərin operativ
həlli üçün qanunvericiliyə müvafiq tədbirlər
görülmüşdür.
İqtisadi inkişaf nazirinin Kürdəmirdə vətəndaşları qəbul edəcəyi barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılmışdır. Bununla bağlı kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Bununla yanaşı, vətəndaşların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq təşkili üçün İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və "Facebook" səhifələrində "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi yaradılmış, vətəndaşların qəbulu üçün müraciətlər bu bölmə vasitəsilə də qeydiyyata alınmışdır.
Qəbula
gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti
orqanları rəhbərləri tərəfindən mütəmadi
olaraq bölgələrdə vətəndaşların qəbulunun
təşkilindən razılıqlarını bildirmiş,
yaradılan şəraitə görə minnətdarlıq
etmişlər.
Azərbaycan.-2013.- 22 sentyabr.- S.2.