2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin olunmuş Mənsum İbrahim oğlu Bayramovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 30/173

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli tərəfindən Mənsum İbrahim oğlu Bayramov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin olunmuşonun üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21, 28.2, 28.4 və 182.4-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin olunmuş Mənsum İbrahim oğlu Bayramov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

21.09.2013

Azərbaycan.-2013.- 22 sentyabr.- S.6.