Almaniya Federativ Respublikasının Federal

 Kansleri Zati-aliləri xanım Angela Merkelə

 

Hörmətli xanım Federal Kansler!

Başçılıq etdiyiniz siyasi birliyin parlament seçkilərində inamlı qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam etimadın təzahürüdür.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi, ikitərəfli çoxtərəfli qaydada birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 24 sentyabr.- S.1.