Azərbaycan regionun ən
qüdrətli dövlətinə çevrilib
Ölkə həyatının
bütün sahələrində əldə
olunan uğurlar
dünyanın nüfuzlu beyin
mərkəzləri tərəfindən də təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu vurğulanır
Hər bir ölkənin, xalqın problemlərinin həllinin ən optimal yolu məhz iqtisadi və sosial tərəqqidən keçir. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.
Ötən illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Ümumiyyətlə, son on ildə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli "Avropa Sosial Xartiyası"na qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Ölkə Konstitusiyasının 38-ci maddəsi isə hər kəsin sosial təminat hüququnu tanıyır.
Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi ilk növbədə hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.
Son 10 ildə elmi əsaslarla yürüdülən sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər bugünkü uğurlarmızı şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuşdur.
Ölkəmizin sosialyönümlü
iqtisadi siyasətinin ən parlaq
göstəricilərindən biri də
ötən on il ərzində
1 milyon 200 min yeni iş yerinin
açılması, ciddi sosial
bəla kimi özünü
göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə
aradan qalxması, habelə yoxsulluq
həddinin 44 faizdən 6 faizə enməsidir. Bu ilin altı ayında 55 min iş yeri açılmışdır.
Onlardan 45 mini daimi iş yeridir. Gənc ailələrin mənzillə
təmini üçün
ipoteka kreditlərinin verilməsi, eləcə də dövlət büdcəsindən maliyyələşən
strukturlarda məvaciblərin
mütəmadi olaraq qaldırılması bu istiqamətdə görülən
mühüm tədbirlər
sırasındadır.
Həyata keçirilən liberal iqtisadi
siyasət, makroiqtisadi
və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi artıma və iqtisadiyyatın modernləşməsinə
dəstək verən
siyasətin dərinləşdirilməsi,
qeyri-neft sektorunun sürətlə inkişaf
etdirilməsi əldə
edilən müsbət
nəticələrdir. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının
və maliyyə institutlarının hesabatlarında
da əksini tapmışdır. Azərbaycanın
adı son illərdə
maliyyə təşkilatlarının
qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə
nail olan dövlətlər
sırasında çəkilir.
Ölkə həyatının bütün sahələrində
əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında,
nüfuzlu sosioloji mərkəzlər tərəfindən
vaxtaşırı keçirilən
rəy sorğularında
təqdir olunur və respublikamızın
davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
İtaliyanın məşhur beyin
mərkəzi - Beynəlxalq
Siyasi Araşdırmalar
İnstitutunun (Istituto
per Gli Studi di Politica Internazionale
- ISPI) "10 il hərəkətdə: Cənubi
Qafqaz 2003-2013-cü illərdə"
adlı hesabatı bunu bir daha
təsdiq edir. ISPI-nin analitiki Matteo
Verdanın müəllifi
olduğu hesabatda regionun hər üç dövlətində
- Azərbaycan, Gürcüstan
və Ermənistanda
son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyət təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidləri
nəzərdən keçirilir
və qarşıdan gələn onillik barədə proqnozlar verilir.
Regiondakı iqtisadi vəziyyətdən
danışan müəllif
qeyd edib ki, son 10 il
ərzində region ölkələri
fərqli iqtisadi inkişaf nəticələri
əldə etmişlər.
Əgər Azərbaycan
sürətlə inkişaf
edərək ikirəqəmli
illik iqtisadi artım tempinə nail olmuşsa, Gürcüstan
və Ermənistanda inkişaf çox zəif getmişdir. 2009-cu
il maliyyə
böhranı zamanı
Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin
ümumi daxili məhsulları böhran illərində müvafiq olaraq 14 və 4 faiz azalmışdır), Azərbaycan müsbət inkişaf tempini qoruyub saxlamışdır.
Hesabatda vurğulanır
ki, Dünya İqtisadi Forumunun son
"Qlobal rəqabətqabiliyyətlilik
indeksi"nə əsasən
iqtisadi inkişaf baxımından Azərbaycan
dünya dövlətləri
arasında 39-cu, Gürcüstan
və Ermənistan isə müvafiq olaraq 72-ci və 79-cu yerlərdə qərarlaşmışdır.
Hesabata əsasən
son 10 illik dövr ərzində Azərbaycanda
daxili proseslər siyasi sabitlik və inkişafla yadda qalmışdır. Heydər Əliyev
1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra
ölkədəki xaosa
son qoymuş və siyasi sabitlik yaratmağa müvəffəq
olmuş, dövlət
quruculuğu prosesinə
başlanılmışdır. O, 2003-cü ildə
səhhəti ilə əlaqədar prezident seçkilərində iştirak
etməmişdir. Ötən on ildə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın davamlı
inkişafını şərtləndirmişdir.
Sənəddə deyilir: "Azərbaycan
qeyri-adi iqtisadi inkişaf göstəriciləri
əldə etmiş, ortalama illik 12,2 faiz - digər Cənubi Qafqaz dövlətləri ilə
müqayisədə iki
dəfə sürətli
iqtisadi artıma nail olmuşdur". Müəllif
vurğulayıb ki, ötən onillik ərzində Azərbaycanın
siyasi sistemi ən yüksək səviyyədə sabitlik
nümayiş etdirmiş
və bu siyasi sabitliyin qarşıdakı on il ərzində də davam edəcəyi
gözləniləndir. Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması, TANAP və
TAP boru kəmərləri
layihələrinin reallaşması
həm Azərbaycanın
iqtisadi imkanlarını
artıracaq, həm də onun Avropadakı
əməkdaşları ilə
əlaqələrini gücləndirəcəkdir.
ABŞ-ın nüfuzlu
beyin mərkəzinin bu günlərdə Azərbaycanın regional rolu
ilə bağlı yaydığı hesabat da xüsusilə diqqəti cəlb edir. Vaşinqtonda fəaliyyət
göstərən və
dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan
Hudson İnstitutunun Hərbi-Siyasi
Təhlil Mərkəzinin
direktoru Riçard Veytsin Azərbaycanın
regional rolu ilə bağlı hesabatında mühüm məqamlar
var. Qeyd edək ki, bu mərkəzin
hesabatları əsasən
ABŞ-ın və
NATO ölkələrinin xarici
siyasət və təhlükəsizlik üzrə
rəsmi dövlət
vəzifələrində çalışan
və qərarvermə
prosesində yaxından
iştirak edən şəxslər üçün
nəzərdə tutulur.
Giriş,
nəticə və üç hissədən
ibarət olan hesabatın birinci hissəsində Azərbaycanın
müstəqilliyini bərpa
etdikdən sonrakı tarixindən, artan "yumşaq güc"ündən,
habelə digər təsir imkanlarından bəhs edilir. Qeyd edilir ki, Azərbaycan
Respublikası müstəqilliyini
bərpa etdikdən sonra xüsusilə son illərdə geniş iqtisadi, diplomatik və "yumşaq güc"ə xas təsir imkanları əldə etmişdir.
Azərbaycan dövlətinin strategiyası
və ardıcıl siyasəti ona çox mürəkkəb
və qeyri-sabit bölgədə postsovet
"travma"sını geridə
buraxmaq və müxtəlif sahələrdə
geniş əməkdaşlıq
üçün etibarlı
tərəfdaşa çevrilə
bilmək imkanı vermişdir. Müstəqillik
illərində Azərbaycan
uğurlu inkişafa və ümumi daxili məhsulunu 60 dəfədən çox
artırmağa nail olmuşdur.
Bildirilir ki, Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli
şəkildə istifadə
edərək çox
böyük iqtisadi problemləri aradan qaldırmış, yoxsulluğun
səviyyəsini minimuma
endirmiş, iqtisadiyyatın
qeyri-neft sektorunun davamlı inkişafına
nail olmuşdur. 1990-cı illərin sərmayə idxal edən ölkəsindən qonşu
dövlətlərə investisiya
yatıran ölkəyə
çevrilməklə Azərbaycan
bölgədə öz
ayaqları üzərində
inamla duran və iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilmişdir. Bütün bunlar
isə Azərbaycana özünün "yumşaq
güc"ünün yeni
vasitələrini inkişaf
etdirməsinə imkan
vermişdir.
Müstəqil Azərbaycan ötən on
ildə inanılmaz dərəcədə dəyişib,
zamanı qabaqlayaraq onilliklərə bərabər
yol qət edib. İqtisadi sahədə keçid
dövrünün ağır
sosial-iqtisadi, mənəvi-psixoloji
çətinliklərini mətinliklə
geridə qoyan respublikamız bütün
sahələrdə sürətlə
inkişaf edir, abadlaşır, müasirləşir.
Ölkədə həyata keçirilən
sosial infrastruktur layihələri Azərbaycan
vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət
edir. Ölkənin iqtisadi uğurlarını
hər bir vətəndaş öz gündəlik həyatında,
məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi
deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı" regionların
davamlı inkişafı,
sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına
aradan qaldırılması
üçün geniş
imkanlar açmışdır. Ötən dövrün
sosial-iqtisadi göstəriciləri
Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin
lokomotivinə çevrilərək
Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi
sahədəki uğurlarının
ardıcıl xarakter daşıdığını sübuta yetirir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
inkişaf strategiyasının
yeni mərhələdə
uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə
çevirmişdir. Bütün bunların
nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq
mərkəzi kimi tanınır. Azərbaycanın xarici siyasət kursu milli maraqların
prioritetliyi şərti
ilə respublikamızın
beynəlxalq miqyasda özünü təsdiqləməsinə,
iqtisadi-siyasi potensialını
effektiv surətdə reallaşdırmasına və
təhlükəsizliyini hərtərəfli
təmin etməsinə
təminat yaradır.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.- 24 sentyabr.- S.1,6.