Bakıda III Beynəlxalq kitab sərgi-yarmarkasında

 Rusiya pavilyonunun açılışı olmuşdur

 

Sentyabrın 23-də Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılmışdır.

AzərTAc xəbər verir ki, sərgi çərçivəsində 100-ə yaxın təqdimat keçirilməsi nəzərdə tutulur. Sərgidə dünyanın 25 ölkəsini təmsil edən 125 nəşr evinin məhsulları nümayiş etdirilir.

Sərginin ilk günündə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Rusiya Federasiyası Federal mətbuat və kütləvi kommunikasiyalar agentliyi, Sosial-iqtisadiintellektual proqramlar fondu, habelə Rusiya Kitab Naşirləri Assosiasiyası ilə təmsil edilən RF pavilyonunun təqdimatı olmuşdur.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov pavilyonun açılışında iştirak etmişlər.

Bakıya gəlmiş Rusiya nümayəndə heyətinə ədəbiyyat tənqidçisi, publisist Lev Anniski, nasir, uşaq yazıçısı Valeri Voskoboynikov, şair Mariya Vatutina, şairnasir Yevgeni Reyn, sənətşünas və naşir Nadejda Reyn daxildir.

Rusiya nəşriyyatları yarmarkada uşaqlar üçün kitablardan başlamış xüsusi texnikidini ədəbiyyata qədər çox müxtəlif kitab məhsulları təqdim edirlər. "Russkiy reportyor" stendi isə sərgiyə gələnləri Rusiyanın ən yaxşı fotoqraflarının işləri ilə tanış edir.

Puşkinin nağılları, "Muzey-qoruqlar", "Moskvanın və Kremlin tarixi", Quran, XX əsr rus yazıçılarının əsərləri, uşaq ədəbiyyatı və xarici ədəbiyyat nümunələri qısa müddətdə satılmış, stendlər xeyli boşalmışdır.

Bakıdakı "Rus kitab evi"nin direktoru İsrafil İsmayılov Rusiya nəşriyyatlarının nümayəndələri ilə kitab satışı mövzusunda söhbət etmişdir.

Sərgi-yarmarka sentyabrın 25-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.-  24 sentyabr.- S.2.