Soydaşımızın Almaniyada sərgisi

 

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkənin paytaxtı Berlində fəaliyyət göstərən Rusiyanın "Elm və mədəniyyət evi"ndə əməkdar rəssam Əşrəf Heybətovun "Zamanda məkan" adlı sərgisi açılıb. Rəssamın fəlsəfi və abstrakt janrda çəkilmiş 30-dək əsəri sərgilənib. Eləcə də Əşrəf Heybətov vaxtilə Moskvada yaşadığı illərdə Rusiya təbiəti ilə bağlı çəkdiyi peyzajları da sərgi iştirakçılarına təqdim edib. Seyrçilər azərbaycanlı rəssamın əsərlərini yüksək dəyərləndirərək dünya incəsənətinin gözəl nümunələri kimi qiymətləndiriblər.

 

Azərbaycan.-2013.- 24 sentyabr.- S. 8.