Aşığın yubileyinə hədiyyə
Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Kamandarın 80 illik yubileyi ilə əlaqədar onun doğulduğu Borçalı bölgəsinin Marneuli rayonundakı Kəpənəkçi kəndində ustad aşığın büstünün və ev-muzeyinin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə gerçəkləşib.
Mərasimdə
iştirak edən folklorşünas alimlər unudulmaz sənətkarın
yaradıcılığından söz açıblar. Azərbaycan
və gürcü ictimaiyyəti nümayəndələrinin
qatıldığı tədbir aşıqların ifaları
ilə başa çatıb.
Azərbaycan.-2013.- 24 sentyabr.- S. 8.