Sərhəd rayonu hərtərəfli
inkişaf yolundadır
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatmaq üzrədir. Proqramda nəzərdə tutulan müddəaların uğurla yerinə yetirilməsi bölgələrin simasını tamamilə dəyişib, sosial-iqtisadi inkişafının yeni mərhələsinə başlanıb. Gerçəkləşdirilən sosial infrastruktur layihələrinin icrası, tikinti-quruculuq işləri, açılan yeni iş yerləri bir daha sübut edir ki, davamlı və dayanıqlı inkişaf bütün ölkəni əhatə edir
Ölkəmizin sərhəd rayonu olan Balakən də son illər hərtərəfli inkişafı ilə diqqəti çəkir. Rayonda sosial problemlər həll edilir, yeni müəssisələr yaradılır, iş yerləri açılır. Abadlıq, tikinti-quruculuq işləri bütün rayonu əhatə edir. Həyata keçirilən tədbirlərə görə dövlətin qayğısını yüksək qiymətləndirən balakənlilər uğurları daha da artırmaq üçün canla-başla çalışırlar.
Balakənin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan çox möhtəşəm bir istirahət parkı var. Bu park böyüklüyünə görə bölgədə bəlkə də birincidir. Havanın gözəl vaxtlarında bura çox qələbəlik olur. Parkda hər nəslin nümayəndəsinə rast gəlmək mümkündür. Gözəl bayram tədbirləri, konsertlər, tanınmış sənət adamları ilə görüşlər də burada keçirilir. Üç tərəfdən əhatə edən dağlar, yaxınlıqdan keçən dağ çayı parkın gözəlliyini daha da artırır. Ulu öndərin adını daşıyan bu park balakənlilərin həyatında xüsusi əhəmiyyət kəsb edir. Söhbət etdiyimiz insanlar bu duyğuları böyük səmimiyyətlə etiraf edir və bildirirlər ki, parkda bir az gəzib-dolanıb istirahət etmək kifayətdir ki, özündə güc toplaya biləsən.
Həyata keçirilən abadlıq-quruculuq işlərində dövlətin qayğısı ilə yanaşı, rayon iqtisadiyyatının inkişafı da mühüm rol oynayır.
Avqust ayında Balakəndə yeni obyektlər də istifadəyə verildi. Ümumi sahəsi 3 min 244 kvadratmetr olan ikimərtəbəli Mədəniyyət mərkəzinin və digər inzibati binaların istifadəyə verilməsi rayonun milli-memarlıq abidələrinin sayını daha da artırıb. Balakən sərhəddə yerləşdiyinə görə çox həssas rayondur. Bu rayonun yüksək inkişaf tempi, sosial-iqtisadi uğurları həm də ölkə inkişafının göstəriciləri kimi şərtlənir. Paytaxtdan yüz kilometrlərlə uzaqda yerləşən Balakəndə etnik azlıqların nümayəndələri də çoxdur və bütün millətlər burada mehriban şəkildə ömür sürür, əl-ələ verib rayonun uğurları üçün çalışırlar.
Onu da qeyd edək ki, ötən ilin may ayında baş vermiş zəlzələlər Zaqatala və Qax rayonları kimi Balakəndə də fəsadlar törətmişdi. FHN-in rayonda fəaliyyət göstərən müvafiq komissiyalarının rəylərinə əsasən, zəlzələ zamanı 215 evin qəzalı hala düşdüyü aşkar olunmuşdu. Bu evlərdən 213-ü yenidən tikilərək sahiblərinə təhvil verilib.
Ötən il Balakəndə baş vermiş zəlzələdən sonra müvafiq komissiyanın rəyinə əsasən, 436 evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş, 1852 evdə bərpa-gücləndirmə işlərinin aparılması zərurəti ortaya çıxmışdır. Artıq qəzalı evlərdən 428-i sökülərək yenidən tikintisinə başlanılıb. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 300 yerlik Qarahacılı kənd tam orta, 80 yerlik Püştətala kənd ibtidai məktəbləri və Gərəkli kəndində səkkizmənzilli yaşayış evi yenidən tikilərək istifadəyə verilib. Katex 1 nömrəli uşaq bağçasında tamamlama işləri başa çatdırılıb. Sarıbulaq, Qaysa, Şambul və Şərif kəndlərində körpələr evi-uşaq bağçası tikintisinə dair müvafiq qərarlar qəbul edilib.
Onu da qeyd edək ki, Katex kəndində avqust ayından soyuducu anbar kompleksi də fəaliyyətə başlayıb. Tikintisinə 2011-ci ilin sentyabrında başlanılmış bu kompleksin sahəsi 1,36 hektardır, bura 12 soyuducu kamera və inzibati bina daxildir. Kompleksdə quraşdırılan avadanlıqlar Almaniyanın və Hollandiyanın aparıcı şirkətlərinin istehsalıdır. 12 saxlama kamerasının hər birinin tutumu 1417 kubmetrdir. Soyuducu kompleksin ümumi tutumu isə 4,5 min tondur.
Mütəxəssislər bildirirlər ki, bu kompleksin fəaliyyətə başlaması tək rayonda deyil, ümumilikdə bütün bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına böyük dəstəkdir.
Rayonda təhsil-mədəniyyət obyektlərinin, həmçinin fərdi evlərin tikintisi gedir, təmir-bərpa işləri görülür. İlin əvvəlindən 15 fərdi yaşayış evi, 6 sahibkarlıq obyekti tikilib, 1 şadlıq sarayı istifadəyə verilib, bir neçə şadlıq sarayının və sahibkarlıq obyektlərinin tikintisi davam edir.
Balakəndə qazlaşdırma işləri
yaxşı gedir. Rayon üzrə
abonent sayı 14900-ə
çatdırılıb. Rayonun qazlaşmayan
sonuncu 3 kəndində
- Sarıbulaq, Yeni Şərif və Şambul kəndlərinə
qaz xətləri çəkilir. İşlərin gedişi deməyə əsas verir ki, bu ilin
sonunadək Balakənin
tam qazlaşdırılması başa çatdırılacaqdır.
Rayon əhalisinin içməli
su təminatının
yaxşılaşdırılması ilə əlaqədar magistral və şəhər su xətlərinin 224 pm-lik hissəsi dəyişdirilib. Çederovtala,
Sarıbulaq, Yeni Şərif və Gərəkli kəndlərində
artezian quyuları qazılıb, Sarıbulaq
kəndinə isə
700 pm-lik su xətti çəkilərək
şəbəkə qurulub.
Balakəndə digər sosial infrastruktur layihələri
də uğurla yerinə yetirilir. Burada firavan
yaşamaq, çalışmaq,
necə deyərlər,
hər hansı bir işin qulpundan
yapışıb faydalı
olmaq üçün
hər cür şərait yaradılıb.
Qeyd edək ki, bu
rayon həm də ölkənin idman həyatında fəal iştirakı ilə seçilir. Balakənli yunan-Roma
güləşçisi Rəsul
Çunayev respublika yığma komandasının
tərkibində Türkiyədə
keçirilən beynəlxalq
turnirdə birinci, dünya kubokunda üçüncü yerə
çıxıb. İyul ayında
isə Rəsul Çunayev daha bir yüksək nəticə göstərib
- Rusiyanın Kazan şəhərində
keçirilən universiadada
yunan-Roma güləşi
üzrə qızıl
medala layiq görülüb. Digər uğurlardan
da söz açmaq olar. Ən əsası odur ki, rayonda dövlətin
yaratdığı şəraitdən,
o cümlədən Balakən
Olimpiya Idman Kompleksinin imkanlarından gənclər səmərəli
istifadə edir, ölkə idmanına öz layiqli töhfələrini verməyə
çalışırlar.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2013.- 24 sentyabr.- S. 7.