«Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə
nişanları haqqında» Əsasnamənin və «Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə
nişanlarının təsvirləri»nin təsdiq
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli
fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹7, maddə 604) aşağıdakı dəyişikliklər edilsin:
1. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında "Əsasnamə" üzrə:
1.1. 25-ci hissənin beşinci və on səkkizinci abzaslarında və 27-ci hissənin beşinci və on yeddinci abzaslarında "tuman" sözü "yubka" sözü ilə əvəz edilsin;
1.2. 26-cı hissənin qırx beşinci abzasında "tumanı" sözü "yubkası" sözü ilə əvəz edilsin;
1.3. 28-ci hissənin on ikinci abzasında "qara" sözü "zeytun" sözü ilə, əlli yeddinci abzasında "tumanı" sözü "yubkası" sözü ilə, əlli səkkizinci abzasında isə "tumanın" sözü "yubkanın" sözü ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda 2-1-ci fəsil əlavə edilsin:
"2-1-ci fəsil
DQ-nin Ali Hərbi Məktəbi kursantlarının geyim forması (xüsusi geyimdən başqa)
30-1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının mərasim geyim forması aşağıdakı hərbi geyim əşyalarından ibarətdir:
30-1.1. yay paltarı (şəkil 6-1, 6-2):
30-1.1.1. furajka (qadınlarda şlyapa) - zeytun rəngli;
30-1.1.2. kitel - zeytun rəngli;
30-1.1.3. şalvar (qadınlarda yubka) - zeytun rəngli;
30-1.1.4. şalvar qayışı - zeytun rəngli;
30-1.1.5. köynək - ağ rəngli;
30-1.1.6. qalstuk - qara rəngli, qızılı rəngli sıxacla;
30-1.1.7. əlcək - ağ rəngli;
30-1.1.8. akselbant - sarı rəngli;
30-1.1.9. corab - qara rəngli (qadınlarda ətrəngi neylon);
30-1.1.10. yay tuflisi - qara rəngli;
30-1.2. qış paltarı (şəkil 6-3, 6-4):
30-1.2.1. qulaqlı papaq - zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) - zeytun rəngli;
30-1.2.2. qış paltosu - zeytun rəngli;
30-1.2.3. kitel - zeytun rəngli;
30-1.2.4. şalvar (qadınlarda yubka) - zeytun rəngli;
30-1.2.5. şalvar qayışı - zeytun rəngli;
30-1.2.6. köynək - ağ rəngli;
30-1.2.7. qalstuk - qara rəngli, qızılı rəngli sıxacla;
30-1.2.8. əlcək - ağ rəngli;
30-1.2.9. akselbant - sarı rəngli;
30-1.2.10. şərf - ağ rəngli;
30-1.2.11. corab - qara rəngli (qadınlarda ətrəngi neylon, yaxud yarımyun);
30-1.2.12. qış, yaxud yay tuflisi - qara rəngli (qadınlarda uzunboğaz çəkmə).
30-2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının mərasim geyim forması əşyalarının təsviri
30-2.1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının mərasim geyim forması əşyalarının təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasına daxil olan müvafiq əşyaların təsviri ilə eynidir (bu Əsasnamənin 26-cı hissəsi).
30-2.2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DQ-nin əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan kokardalar vardır və furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara rəngdədir.
30-2.3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin qızılı rəngli təsvirləri yerləşdirilir (bu Əsasnamənin 37-1-ci hissəsi).
30-2.4. DQ-nin Ali Hərbi Məktəbinin kursantları kiteli sarı rəngli akselbantla geyinirlər. Kitelin sol döş cibinin düyməsindən DQ-nin Ali Hərbi Məktəbinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-cu hissəsi). DQ-nin Ali Hərbi Məktəbi kursantlarının şalvarı kantsızdır.
30-3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının gündəlik geyim forması aşağıdakı hərbi geyim əşyalarından ibarətdir:
30-3.1. yay paltarı (şəkil 16-1, 16-2):
30-3.1.1. furajka (pilotka) və qadınlarda şlyapa (beret) - zeytun rəngli;
30-3.1.2. kitel (yun köynək)
- zeytun rəngli;
30-3.1.3. şalvar (qadınlarda yubka və ya
şalvar) - zeytun rəngli;
30-3.1.4. şalvar qayışı
- zeytun rəngli;
30-3.1.5. köynək - bej rəngli;
30-3.1.6. qalstuk - qara rəngli, qızılı
rəngli sıxacla;
30-3.1.7. corab - qara rəngli
(qadınlarda ətrəngi
neylon);
30-3.1.8. yay tuflisi - qara
rəngli;
30-3.1.9. DQ-nin Ali Hərbi
Məktəbinin kursantlarına
gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkcə, yun köynək, uzunqol və qısaqol köynəklərdə pilotka
ilə (qadınlara beretlə), yaxud furajka ilə (qadınlara şlyapa ilə) geyinməyə icazə verilir (şəkil 16-3 - 16-10).
30-3.2. qış paltarı (şəkil 20-1, 20-4):
30-3.2.1. qulaqlı papaq - zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) - zeytun rəngli;
30-3.2.2. qış paltosu (demisezon palto) - zeytun rəngli;
30-3.2.3. kitel (yun köynək)
- zeytun rəngli;
30-3.2.4. şalvar (qadınlarda yubka və ya
şalvar) - zeytun rəngli;
30-3.2.5. şalvar qayışı
- zeytun rəngli;
30-3.2.6. köynək - bej rəngli;
30-3.2.7. qalstuk - qara rəngli, qızılı
rəngli sıxacla;
30-3.2.8. əlcək - qara rəngli;
30-3.2.9. şərf - zeytun rəngli;
30-3.2.10. corab - qara rəngli
(qadınlarda ətrəngi
neylon, yaxud yarımyun);
30-3.2.11. qış, yaxud yay tuflisi (qadınlarda
uzunboğaz çəkmə)
- qara rəngli;
30-4. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının
gündəlik geyim forması əşyalarının
təsviri
30-4.1. DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının
gündəlik geyim forması əşyalarının
təsviri DQ-nin zabit, gizir və
müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik
geyim formasına daxil olan müvafiq
əşyaların təsvirləri
ilə eynidir (bu Əsasnamənin 28-ci hissəsi).
30-4.2. DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının
furajkalarında (şlyapalarında),
qulaqlı papaqlarında
DQ-nin əsgər və çavuşları
üçün müəyyən
edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan kokardalar, pilotkalarında isə Daxili Qoşunların növlərinin emblemləri
vardır. Furajkaların (şlyapaların) çənəaltı qayışcığı
qara rəngdədir.
30-4.3. DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının
tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu göstərən
Roma rəqəmlərinin və
şəxsi nömrələrini
göstərən ərəb
rəqəmlərinin qızılı
rəngli təsvirləri
yerləşdirilir (bu
Əsasnamənin 37-1-ci hissəsi).
30-4.4. Kitelin, uzunqol
və qısaqol köynəklərin sol döş
cibinin düyməsindən
DQ-nin Ali Hərbi Məktəbinə mənsubiyyəti
bildirən fərqləndirmə
döş nişanı
asılır (bu Əsasnamənin 39-cu hissəsi). Köynəklərin
sağ döş cibinin üst kəsiyinə (sağ tərəfinə) kursantın
soyadı göstərilən
ağ rəngli
döş nişanı
tikilir (taxılır).
DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının
şalvarı kantsızdır.
30-5. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının
səhra geyim forması əşyalarının
tərkibi və təsviri
30-5.1. DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının
səhra geyim forması əşyalarının
tərkibi və təsviri DQ-nin zabit, gizir və
müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçularının səhra
geyim formasının tərkibi və müvafiq əşyalarının
təsviri ilə eynidir (bu Əsasnamənin
29 və 30-cu hissələri).
30-5.2. DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının
səhra geyim formasında DQ-nin əsgər və çavuşları üçün
müəyyən edilmiş
kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi)
eyni olan qara rəngli kokardalar vardır.
30-5.3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının
poqonlarına oxuduqları
kursu göstərən
Roma rəqəmlərinin və
şəxsi nömrələrini
göstərən ərəb
rəqəmlərinin qara
rəngli təsvirləri
yerləşdirilir.";
1.5.
36-cı hissənin üçüncü
abzasında "daşıyırlar"
sözü "və
DQ-nin Ali Hərbi Məktəbinin kursantları
daşıyırlar. DQ-nin
Ali Hərbi Məktəbi
kursantlarının poqonları
onların kursant olduqlarını və neçənci kursda oxuduqlarını göstərən
nişandır (şəkil
26-1)" sözləri ilə
əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 37-1-ci hissə əlavə edilsin:
"37-1.
DQ-nin Ali Hərbi Məktəbi kursantlarının
poqonlarının təsviri
37-1.1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının
tikilmə poqonlarına
onların neçənci
kursda oxuduqlarını
göstərən qızılı
rəngli metaldan Roma rəqəmləri və şəxsi
nömrələrini göstərən
ərəb rəqəmləri
tikilir (preslənir).
37-1.2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının
taxılıb-çıxarılan poqonlarında onların neçənci kursda oxuduqlarını göstərən
sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli
Roma rəqəmləri və
şəxsi nömrələrini
göstərən ərəb
rəqəmləri yerləşdirilir.
37-1.3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının
poqonlarında şəxsi
nömrələri onların
neçənci kursda oxuduqlarını göstərən
rəqəmdən aşağıda
poqonun eninə yerləşdirilir.";
1.7. 39-cu hissənin ikinci abzasında "gizirləri,"
sözündən sonra
"DQ-nin Ali Hərbi
Məktəbinin kursantları,"
sözləri, üçüncü
abzasında isə
"kitelin" sözündən
sonra ", kitelsiz gündəlik yay geyim formasında isə uzunqol" sözləri əlavə
edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçularının hərbi
geyim forması və fərqləndirmə
nişanlarının təsvirləri"nə
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi
Məktəbi kursantlarının
geyim formalarına dair 6-1, 6-2, 6-3, 6-4, 16-1, 16-2, 16-3, 16-4, 16-5,
16-6, 16-7, 16-8, 16-9, 16-10, 20-1, 20-2, 20-3, 20-4, 26-1 nömrəli
şəkillər əlavə
edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti üç ay müddətində:
3.1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.2. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr
2013-cü il
Azərbaycan.-2013.- 25 sentyabr.- S.2.