Azərbaycan Milli Kitabxanasında tanınmış rusiyalı şairə ilə görüş olmuşdur

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində sentyabrın 24-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış rusiyalı şairə Mariya Vatutina ilə görüş olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən şairə M.Vatutina iştirakçıları səmimi salamlamış, həyat və yaradıcılığı barədə ətraflı məlumat vermiş, əsərlərinin bədii xüsusiyyətlərindən danışmışdır.

Bildirilmişdir ki, Moskva Hüquq İnstitutunda təhsil almış M.Vatutina 2000-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Moskva Vəkillər Kollegiyasının üzvü olan tanınmış şairə, həmçinin hüquqşünas, jurnalist, hüquq jurnalının redaktoru vəzifəsində çalışmışdır.

Tədbirdə M.Vatutina yeni şeirlərini təqdim etmişonu sevənlərin suallarını cavablandırmışdır.

Görüşdə Rusiyanın tanınmış mədəniyyət xadimləri Valeri Voskoboynikov, Yevgeni Reyn və Nadejda Reyn iştirak etmişlər.

Sonda tədbir iştirakçıları rusiyalı şairə Mariya Vatutinaya  səmimi görüş üçün minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.6.