M.X.İsaqovun 3-cü dərəcəli
«Vətənə xidmətə görə»
ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə
görə Malik Xızır oğlu İsaqov 3-cü dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə
təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 26 sentyabr.- S.2.