Parisdə açılmış Beynəlxalq turizm sərgisində

 Azərbaycan guşəsi böyük maraq doğurmuşdur

 

Sentyabrın 24-də Parisin möhtəşəm "Porte de Versaille" sərgi salonunda "Top-Rese-2013" Beynəlxalq turizm sərgisi açılmışdır. Üç gün davam edəcək sərgidə 151 ölkədən minə yaxın turizm şirkəti öz imkanlarını nümayiş etdirir.

Beynəlxalq turizm sərgisini Fransanın turizm naziri xanım Silvia Pinel açmışdır.

Açılış mərasimində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun hazırladığı ölkəmizin tarixindən, mədəniyyətindən, incəsənətindən, həmçinin turizm imkanlarından bəhs edən əyani vəsaitləri fransalı nazirə hədiyyə etmişdir.

Bundan əlavə, "Bakı" futbol  klubu adından nazirə klubun fəaliyyətindən, Fransa ilə əməkdaşlığından bəhs edən müxtəlif hədiyyələr təqdim olunmuş, Gəncədə keçiriləcək şərab üzüm festivalı haqqında məlumat verilmişdir. 

Sərgi salonunun 60 kvadratmetrlik sahəsində yaradılan Azərbaycan guşəsi öz zənginliyi ilə elə ilk andan iştirakçıların diqqətini cəlb etmiş böyük maraq doğurmuşdur.

Azərbaycanın tarixindən, zəngin qədim mədəniyyətindən, əsrarəngiz təbiətindən   turizm potensialından bəhs edən bukletlər, broşürlər, suvenirlər digər əyani vəsaitlərin nümayiş etdirildiyi stendlə yanaşı, "Lens" futbol  klubu ilə əməkdaşlıq edən "Bakı" futbol komandasının ayrıca stendlə təmsil olunması qonaqların diqqətini cəlb etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı Rauf Paşayev AzərTAc-a bildirmişdir ki, ölkəmiz belə beynəlxalq təşkilatda artıq dördüncü dəfədir iştirak edir. Elektron yazışmalar sisteminin tətbiqi sayəsində nazirliyimiz elektron vizanı əldə etmək üçün birbaşa əlaqə yaratmaq imkanı qazanmışdır. Bu istiqamətdə vəziyyət tamamilə yaxşılaşmışdır. Yaranan əlverişli şərait Azərbaycanın bir çox beynəlxalq turizm sərgisində iştirakına imkan yaratmışdır. Bu sərgidə ölkəmizi  artıq böyük təcrübəyə malik olan  "AZAL", "Silk Ways Travel", "Billur Travel", "Geo Travel", "Gilan Travel", "Millenium Travel" digər turizm şirkətləri təmsil edirlər.

Nazirliyimiz Fransada keçirilən ən böyük  turizm sərgilərindən olan bu sərgidə şirkətlərimizlə birgə bir neçə dəfə belə guşə təşkil etmişdir.

Nazirliyin əməkdaşı daha sonra demişdir: "Artıq Fransa digər ölkələrin turizm şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmişik.  Nazirliyimizə bəzi piar kampaniyaların nümayəndələrindən təkliflər daxil olmuşdur. Bu təkliflər Azərbaycanın turizm potensialının Fransada Avropanın digər ölkələrində inkişafına yönəldilmişdir.  Əminəm ki, bu sərgi başa çatdıqdan sonra ölkəmizə Fransadan Avropadan çoxsaylı turist gəlişi davam edəcək".

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2013.- 26 sentyabr.- S.6.