Azərbaycan Texniki Universitetinin Ukrayna Milli Texniki

Universiteti ilə birgə layihəsi beynəlxalq müsabiqədə qalib gəlmişdir

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Ukrayna Milli Texniki Universiteti ilə müştərək hazırladığı, "Texnologiyalar transferi menecmenti üzrə tədris proqramının MDB dövlətlərində - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova və Özbəkistanda yayılması" mövzusunda beynəlxalq layihə Ukrayna Elm-Texnologiya Mərkəzinin keçirdiyi müsabiqədə qalib gəlmişdir.

AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ABŞ Dövlət DepartamentiAvropa İttifaqının maliyyələşdirdiyi bu layihə bir il müddətində yerinə yetiriləcəkdir. Layihə çərçivəsində görüləcək işlərə Ukrayna Elm-Texnologiya Mərkəzi nəzarət edəcəkdir.

Layihə intellektual mülkiyyət hüquqları, biznesin təşkili və həyata keçirilməsi, texnologiyaların yayılması menecmenti üzrə tədris-məsləhət mərkəzlərinin yaradılmasını nəzərdə tutur.

Azərbaycan Texniki Universitetində layihənin həyata keçirilməsi ilə bağlı treninqlərə başlanmışdır.

Layihə ilə bağlı keçirilən ilk iclasda layihənin rəhbəri -  Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı bu sənədin qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışmışdır.

 

Azərbaycan.-2013.- 26 sentyabr.- S.7.