Azərbaycan Prezidenti İlham Əliyev Böyük
Britaniya Baş nazirinin ticarət üzrə elçisi,
Lordlar Palatasının üzvünün
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə
son illər Azərbaycanın əldə etdiyi sürətli
iqtisadi inkişafdan məmnunluq ifadə olundu, Azərbaycan
Dövlət Neft Şirkəti ilə BP arasında uzunmüddətli
uğurlu əməkdaşlığın önəmi qeyd
olundu, ölkələrimiz
arasında ikitərəfli münasibətlərin müxtəlif
istiqamətlərdə, o cümlədən iqtisadi, enerji,
ticarət, qarşılıqlı sərmayə qoyuluşu,
İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı,
təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və
digər sahələrdə daha da inkişaf etdirilməsi ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 27 sentyabr.- S.1.