«Daşınmaz əmlakın dövlət
reyestri haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 675-IVQD nömrəli qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
"Daşınmaz
əmlakın dövlət reyestri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, №
8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010,
№ 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998)
4.2.3-cü yarımbəndinə "4.3-cü maddəsinin
birinci cümləsində (ikinci halda)" sözlərindən
sonra "və 7.2-ci maddəsində" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 sentyabr
2013-cü il
Azərbaycan.-2013.- 27 sentyabr.- S.1.