Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli
körpələr
evi-uşaq
bağçasının binası əsaslı yenidənqurmadan
sonra açılmışdır
Birinci xanım Mehriban
Əliyeva açılışda iştirak
etmişdir
Sentyabrın 26-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Arzu Əliyevaya gül dəstələri təqdim edildi.
Azərbaycanın birinci xanımı binanın əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov körpələr evi-uşaq bağçasında əsaslı
təmirdən sonra yaradılan şərait
barədə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya məlumat
verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə 2013-cü ilin
iyununda binada əsaslı
yenidənqurma işlərinə
başlanılmışdır. Yenidənqurma işlərinin
qısa vaxtda və yüksək keyfiyyətlə
həyata keçirilməsi üçün
bütün lazımi tədbirlər görülmüşdür. Nəticədə
bu uşaq
bağçasındakı şərait ən müasir
tələblərə
uyğunlaşdırılmışdır.
Qeyd edildi ki, körpələr evi-uşaq bağçası 1969-cu ildə inşa edilmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. Bağça 3 korpusdan ibarətdir. Burada 2-6 yaşarası 8 qrupda 150 uşağın təlim-tərbiyəsi ilə 18 pedaqoji və 8 texniki işçi məşğul olur. Qrupların sayına uyğun olaraq binadakı 28 otaq, həmçinin musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar bütün zəruri avadanlıqla təchiz edilmişdir. Bağçanın otaqlarının divarları, dəhlizlər uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmişdir. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilmişdir.
Bağçanın həyətində abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılmışdır. Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança yaradılmışdır. Yeni layihəyə əsasən, bağçanın hər 3 korpusunda əlavə dizayn işləri görülmüşdür.
AzərTAc
Azərbaycan.-2013.- 27 sentyabr.- S.3.