Bakı Dövlət Universiteti ilə Dağıstan Pedaqoji Universiteti

 arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır

 

Sentyabrın 26-da Rusiya Federasiyası Dağıstan Pedaqoji Universitetinin rektoru vəzifəsini icra edən professor Məhəmməd Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-da təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışmışdır.

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinə toxunan  akademik A.Məhərrəmov BDU ilə müvafiq qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə qrantproqramlardan bəhs etmişdir.

Görüşdən məmnun qaldığını qeyd edən professor M.Abdullayev Dağıstan Pedaqoji Universiteti barədə məlumat vermişdir.

Təhsil əlaqələri ilə bağlı müzakirələr aparılmışdır.

Sonra Bakı Dövlət Universiteti ilə Dağıstan Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Qonaqlar BDU-nun Heydər Əliyev Muzeyi və elmi-tədqiqat laboratoriyaları, mərkəzləri ilə də tanış olmuşlar.

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.7.