«Nizami» Kino
Mərkəzində xalq
yazıçısı Elçinin
Türkiyədə
istehsal
edilmiş «Mahmud və
Məryəm» filminin premyerası olmuşdur
Tədbirdə
"Azərbaycan qadını" jurnalının yay buraxılışı təqdim edilmişdir
Sentyabrın 26-da "Nizami" Kino Mərkəzində xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" filminin premyerası olmuşdur. Tədbirdə, həmçinin "Azərbaycan qadını" jurnalının yay buraxılışı təqdim edilmişdir.
Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.
"Mahmud və Məryəm"
filmi romantik, dram janrında çəkilmişdir. Filmin rejissoru
Mehmet Ada Öztəkin, prodüseri
isə Sevda Kayğısızdır. Ekran əsəri
Azərbaycan və Türkiyə arasında
ilk müştərək kino
layihəsidir. Türkiyənin "24 Kare" şirkəti tərəfindən ekranlaşdırılan
film Mahmud və Məryəmin
sevgisindən bəhs edir. Mahmud Gəncəli
Ziyad xanın oğlu, Məryəm isə Keşişin qızıdır. Hadisələrin
mərkəzində Mahmud ilə Məryəmin bir-birinə olan məhəbbəti dayanır.
İki gəncin sevgisinə mane olan isə mürtəce
fikirli Qara Keşişdir.
Yeni ekran əsərində Mahmud rolunu
Aras Bulut İynemli, Məryəm obrazını
isə Eva Dedova canlandırmışlar.
Çəkilişlərinə Azərbaycanın
Şəki şəhərində başlanılan
ekran əsərində
Fəxrəddin Manafov,
Məlahət Abbasova,
Şamil Süleymanov,
Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış
aktyorlar rol almışlar.
Təqdimat mərasimində filmdə
rol alan aktyorlar və yaradıcı heyət səhnəyə dəvət
olunmuşlar.
Filmin prodüseri Sevda Kayğısız, aktyorlardan
Məlahət Abbasova,
Fəxrəddin Manafov
və başqaları
çıxışlarında seçilən mövzunun
çox aktual olduğunu və ekran əsərinin tamaşaçılar tərəfindən
maraqla qarşılandığını
bildirmişlər. Qeyd
olunmuşdur ki,
"Mahmud və Məryəm" səkkiz
Avropa ölkəsində
nümayiş etdiriləcəkdir.
Bu filmin özəlliyi
ilk dəfə olaraq Azərbaycan və Türkiyə kinematoqrafları
tərəfindən çəkilmiş
müştərək ekran
əsəri olmasındadır.
Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan "Azərbaycan qadını"nın yay buraxılışı mərasim
iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır.
Jurnalda
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
müxtəlif mədəniyyət
layihələrindən söhbət
açılmışdır. Son vaxtlar uğurla inkişaf edən mədəni əməkdaşlıq
sayəsində Parisin
ardınca Vyanada Azərbaycan Mədəniyyət
Mərkəzinin təsis
olunması, beynəlxalq
təsviri incəsənət
sərgisində - Venesiya
Biennalesində Azərbaycan
pavilyonunun açılması,
Kannda Azərbaycan mədəniyyəti günlərinin
keçirilməsi ilə
bağlı geniş materiallar oxuculara təqdim olunmuşdur.
"Azərbaycan İlə
UNESCO arasında tarixi
əməkdaşlıq" sərlövhəli
yazıda ölkəmizin
bu nüfuzlu beynəlxalq təşkilata
üzv qəbul olunmasının 20 illiyi münasibətilə Parisdə
keçirilən təntənəli
mərasimdən söz
açılmışdır.
Oxuculara təqdim olunan növbəti materialda Moskvada keçirilən
"AMOR-Fashion Day" dəb müsabiqəsinin yaddaqalan
anlarından bəhs edilmişdir. Müsabiqədə
Rusiyanın Azərbaycanlı
Gənclər Birliyinin
və "Baku" Beynəlxalq
jurnalının təşkilatçılığı
ilə iki ölkənin gənc dizaynerlərinin ən yeni geyim kolleksiyaları təqdim olunmuşdur.
Şəhərimizin qonaqları olan "Səyyar incəsənət
akademiyası" proqramının
iştirakçılarının təəssüratlarına jurnalın
səhifələrində geniş
yer ayrılmışdır.
"Azərbaycan qadını"
jurnalının yay buraxılışında bu
nəşrin oxucularını
xalq yazıçısı
Elçin ilə maraqlı görüş,
Azərbaycan Respublikasının
Dövlət mükafatı
- "Dostluq" ordeni
ilə təltif olunan Tamara Sinyavskayanın
sevgi dolu xatirələri, Azərbaycan
qadınlarının IV qurultayı
ilə bağlı maraqlı material,
140 yaşlı Azərbaycan
teatrının səkkiz
gənc simasının
səmimi düşüncələri,
həmçinin "Küləklər
məkanı"na səyahət gözləyir.
Jurnalın səhifələrində sənətsevərlər gənc
rəssam Məryəm
Ələkbərlinin könül
pıçıltıları, Ülviyyə Şabanovanın
təzadlı dünyası,
Ülvi Pepinovanın qeyri-adi buta kolleksiyası ilə yaxından tanış ola bilərlər.
AzərTAc
Azərbaycan.-2013.- 27 sentyabr.- S.8.