Dövlət Sosial
Müdafiə Fondunun sədri Tovuzda vətəndaşları qəbul etmişdir
Sentyabrın 26-da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Tovuzda bu rayondan, eləcə də Qazax, Ağstafa, Şəmkir və Gədəbəydən olan vətəndaşları qəbul etmişdir.
Qəbula gələn vətəndaşlar əsasən pensiya təyinatı, pensiyaların hesablanması, eləcə də stajla bağlı mübahisəli məsələlərlə əlaqədar müraciət etmişlər.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Qəbul zamanı bəzi vətəndaşların qaldırdıqları məsələlər araşdırılması üçün nəzarətə götürülmüşdür.
Fondun
səlahiyyətlərinə aid olmayan məsələlər
isə aidiyyəti orqanlara çatdırılması
üçün qeydiyyata alınmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 27 sentyabr.- S.9.