Azərbaycan filmləri Daşkənddə
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində milli kinomuzun 115 illiyi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan filmlərinin təqdimatına start verildi. Ötən əsrdə çəkilmiş "Arşın mal alan", "O olmasın, bu olsun", "Qayınana", "Əhməd haradadır?", "Görüş" və digər filmlərimiz Özbəkistanda çoxdan məşhurdur və indi də müntəzəm olaraq telekanallarda nümayiş etdirilir.
Azərbaycan filmləri bu
ölkədə həmişə rəğbətlə
qarşılanır. Özbək tamaşaçıları qardaş ölkədə çəkilən yeni ekran əsərlərini
də maraqla izləyirlər. Mədəniyyət
Mərkəzində əsasən yeni filmlər
nümayiş etdirildi.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
çəkilmiş filmlərimiz bu
baxışda da böyük
uğurlar qazandı.
Azərbaycan.-2013.- 27 sentyabr.- S.12.